Samvel Ohanesyan: “Biz Rusiya ilə bacara bilmirik”
Tarix: 12.09.2018 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


“Yalnız Qərbə sığınmaqla «dəmir Feliks»ə qalib gələ bilərik”

«Nikol Paşinyanın Rusiyaya səfəri Qərbin təəccübünə səbəb olub»- deyə yazan ermənilərin «ArmenianReport» saytı neçə müddətdən bəri təbliğ etdiyi Tramp-Paşinyan görüşünün də baş tutmayacağını bildirib. Maraqlıdır ki, erməni satının göstərdiyi səbəblər çoxdur: Paşinyanın Rusiya səfəri, İrəvanın Suriyaya göndərdiyi "humanitar qoşun" (?)... Reallıqlar isə başqa məziyyətlərdən xəbər verir: «Bu gün Kreml yaxşı anlayır ki, həm Xaçaturov, həm də Koçaryan Ermənistanda çoxlarına məlum olan, lakin hələ də məhkəmədə sübuta yetirilməmiş bir çox məqamları açıqlaya bilərlər.
Məlumdur ki, Ermənistan Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanla Xüsusi İstintaq Xidməti rəhbəri Sasun Xaçatryan arasındakı telefon danışıqlarının dinlənilərək sosial saytlarda yerləşdirilməsi Rusiyanın işidir. Çünki belə bir layihənin həyata keçirilməsi üçün texniki imkanlara və motivlərə ruslar malikdirlər. Bununla belə bu, Rusiya tərəfindən erməni dövlətinə qarşı həyata keçirilən cinayət kimi də dəyərləndirilməlidir. Bəli, məhz cinayət. Çünki, biz buna Ermənistanın daxili işlərinə ən sərt şəkildə müdaxilə forması kimi baxırıq: bizim işlərimizə təzyiq, daxili işlərimizə müdaxilədir. Kreml isə başqa cür düşünür. Ölkəmizdə baş verən xırda bir hadisədən, öz işini düşündüyünü ifadə edərək, yararlanmağa çalışır Biz bunun şahidi kimi, ilk dəfə olaraq çıxış etmirik. Moskva, onun Ermənistandakı cinayətlərini göstərə bilən bir çoxlarına hələ də qahmar çıxmaqda, onları öz qanadı altına almaqda davam edir.
Bizim strateji müttəfiqimiz artıq açıq şəkildə sabiq erməni müdafiə naziri Mikael Arutyunyanın ekstradisiya edilməyəcəyini bildirib. Onlar KTMT baş katibi vəzifəsini icra edən Yuri Xaçaturovu hələ də müdafiə etməkdədirlər. Putin, erməni rəhbərliyiniə hörmətsizlik nümayiş etdirərək, istintaq altında olan R. Koçaryanı ad günü münasibətilə təbrik edir. Halbuki Rusiya rəhbəri Koçaryanın hkimiyyətdə oduğu illərdə bunu etməmişdi. Lakin Putin bunu Ermənistanda Koçaryana qarşı aparılan istintaq zamanı etdi. Belə görünür ki, Kreml xalqın tələblərinə əməl edən perspektivdən qorxur. Həm Rusiya rəhbərliyi, həm də onun ətrafı Ermənistandakı tərəfdaşlarının təkcə hakimiyyəti itirməsindən deyil, həm də həyatdan məhrum edilə biləcəklərindən qorxurlar. Demək lazımdır ki, bu gün onların ətrafında olan hər hansı bir kamikadzedən söhbət belə, getməsə də, lakin oğrular kifayət qədərdir. Vaxtilə onlarla əlbir olub cinayətlər törədən bizim oğruları indi erməni xalqı haqlı olaraq cəzalandırmaq istəyir. Lakin təəssüflər olsun ki, bütün bunlar hələ də İrəvan üçün əlçatmaz olaraq qalır. Çünki Kreml yaxşı anlayır ki, həm Xaçaturov, həm də Koçaryan Ermənistanda çoxlarına məlum olan, lakin hələ də məhkəmədə sübuta yetirilməmiş bir çox məqamları açıqlaya bilərlər. Məhz onların verdiyi açıqlamalar Ermənistanda 1 mart və erməni parlamentində həyata keçirilən cinyətlərdə iştirakçı olan cinyəyətkarlar üçün beynəlxalq məhkəməyə yol açacaq ən son, lakin vacib bir sübut ola bilər».
Maraqlıdır ki, «ArmenianReport» saytında yer alan digər yazıda erməni müəllif Samvel Ohanesyan «gənc, müstəqil ölkələrinin» müdafiə edilməməsindən gileylənir. Qəribədir ki, o da həmkarı kimi, bütü günahları Moskvada axtarır. Erməni müəllifin qənaətincə, bütün bunları Moskva, ilk olaraq, iki məqsədlə həyata keçirir. Birincisi, ruslar Ermənistanda təqib edilən Xaçaturov və Koçarana əlavə dəstək nümayiş etdirirlər. İkincisi isə bununla Putin Paşiyana hələ də Ermənistanın əsl sahibi olduğunu göstərməyə çalışır. Erməni müəllifə görə, çox güman ki, Moskvanın növbəti addımı bu gün Ermənistan hakimiyyətində təmsil olunan və Kremlin maraqlarına təhlükə yarada bilən bəzi insanları neytrallaşdırmaqdan ibarət olacaq: «Əslində bu gün Ermənistana qarşı hibrid bir müharibə elan edilib. Bundan əvvəl bu müharibənin önündə Leontyev və Şevçenko gedirdilərsə, indi Rusiyanın xüsusi xidmət orqanları da bu müharibəyə cəlb edilib. Belə görünür ki, biz onlarla bacarmayacağıq. Ona görə də bizim xarici, xüsusən də Qərbin xüsusi xidmət orqanlarının köməyi lazımdır. Bu gün bizə yardımçı olmaq üçün Mərkəzi Kəşfiyyat İdarəsini, MI6-nı belə, cəlb etməkdən qorxmamalıyıq. Onların Ceyms Bondları bizə yerli mütəxəssislər hazırlamaqda yardımçı ola bilərlər. Məhz bu halda biz «dəmir Feliks»ə qalib gələ bilərik. Xüsusi xidmət sahəsində Qərblə əlaqələrin inkişaf etdirilməsi, bizi gözlənilən yeni təhlükələrdən xilas edə bilər”.
Yazıdan göründüyü kimi, erməni cəmiyyəti artıq iki qütbə bölünüb. Bir tərəf Rusiyayönümlü kursun davam etdirilməsinin, digər tərəf isə Qərbə doğru istiqamət göstərmənin tərəfdarlarıdırlar.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info