“Ermənistan ATƏT üzvü kimi üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozur”
Tarix: 12.09.2018 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


“ATƏT işğala əsaslanan status-kvonun dəyişdirilməsi və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün səylərini artırmalıdır”


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 12-də ATƏT-in baş katibi Tomas Qreminger ilə görüşüb. XİN-in mətbuat xidmətindən bildiriblər ki, nazir Elmar Məmmədyarov ATƏT-in baş katibi Tomas Qremingeri və onu müşayiət edən nümayəndə heyətini salamlayıb, Azərbaycanın regional təşkilat olaraq ATƏT ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini diqqətə çatdırıb. ATƏT çərçivəsində təhlükəsizliyin bölünməzliyinin fundamental prinsip olduğunu qeyd edən Elmar Məmmədyarov bütün üzv dövlətlərin Helsinki Yekun Aktı üzrə öhdəliklərinə sadiq olmasının vacibliyini bildirib. Bu xüsusda, nazir E.Məmmədyarov Ermənistanın ATƏT üzv dövləti qismində Helsinki Yekun Aktı ilə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ və ətraf regionlarının işğalını davam etdirdiyini vurğulayıb. O, təsis olunmasından etibarən ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olduğunu deyərək işğala əsaslanan status-kvonun dəyişdirilməsi və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün səylərinin artırılmasının vacibliyini bildirib. Elmar Məmmədyarov əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalmaqdadır. Nazir ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatını BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, Helsinki Yekun Aktının təşkil etdiyini xatırladıb. Azərbaycanın münaqişənin həllində irəliləyişə nail olmaq, regionda davamlı və ədalətli sülhü təmin etmək üçün substantiv və intensiv danışıqlara hazır olduğunu diqqətə çatdırıb. Azərbaycanın regionda və bütövlükdə ATƏT məkanında iqtisadi əməkdaşlığın və uzlaşma xətlərinin yaradılması, multimodal nəqliyyat infrastrukturu imkanlarının təmin edilməsi istiqamətində gördüyü işlərdən bəhs edən nazir Elmar Məmmədyarov bu xüsusda Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat marşrutlarını və artıq istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttini qeyd edib. O əlavə edib ki, Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən bu kimi layihələr ATƏT məkanında iqtisadi inkişafa və çiçəklənməyə töhfə verməklə bərabər, regional sülh və təhlükəsizliyin də möhkəmlənməsinə xidmət edir. Görüşdə ATƏT-in qeyd olunan nəqliyyat layihələrinin inkişafı baxımdan mühüm platforma rolunu oynaya biləcəyi vurğulanıb. Söhbət zamanı əlaqələrin inkişafında parlament diplomatiyasının rolu qeyd edilib və bu xüsusda, ATƏT-in Parlament Assambleyası ilə əməkdaşlıq təqdir olunub. Həmçinin Azərbaycan və ATƏT arasında əməkdaşlıq proqramları nəzərdən keçirilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Birinci vitse-prezidentin köməkçisi: Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır
23.04.2019
Azərbaycanla Avropa İttifaqı arasında saziş mayın 13-də imzalana bilər
23.04.2019
Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü
22.04.2019
Müxalifətdaxili ziddiyyətlər nə zaman bitəcək?
22.04.2019
Azərbaycan Respublikası Burundi qaçqınlarına yardım edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info