Prezidentin sərəncamı İvanovka sakinləri tərəfindən sevinclə qarşılanıb
Tarix: 12.09.2018 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


İvanovka İsmayıllı rayonunda uzun illərdir ki, rusların məşkunlaşdıqları yaşayış məntəqəsidir. Burada 1986-cı ildə kolxoza sədrlik edən Nikolay Nikitinin dövründə tikilən mədəniyyət sarayının bu gün əsaslı təmirə, yeni inventar və avadanlıqlarla təchizatına böyük ehtiyac var. Prezident İlham Əliyevin “İsmayıllı rayonunun İvanovka kənd Mədəniyyət Sarayının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” 2018-ci il 10 sentyabr tarixli Sərəncamına əsasən bu məqsədlə 2,5 milyon manat vəsaitin ayrılması sakinlər tərəfindən böyük sevinclə qarşılanıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ivanovkalılar kənd mədəniyyət sarayının qarşısında toplaşaraq Prezidentin sərəncamının hər bir qəsəbə sakini tərəfindən minnətdarlıqla qarşılandığını bildiriblər.
Mərasimdə İvanovka inzibati ərazi dairəsi üzrə nümayəndə İvan Prokofyev, N.Nikitin adına kolxozun sədri Vasiliy Novoseltsev, tam orta məktəbin direktoru Polina Radayeva, mədəniyyət sarayının direktoru Natalya Kolpakova çıxış edərək vaxtilə ulu öndər Heydər Əliyevin, hazırda isə Prezident İlham Əliyevin onlara göstərdikləri diqqət və qayğıdan danışıblar. Çıxışlarda Prezident İlham Əliyevin 2005-ci ildə İvanovkaya tarixi səfəri xatırlanıb. Kənddə yeni məktəb binasının, ardınca 15 yerlik müasir xəstəxananın tikildiyi, içməli su xəttinin, asfalt yolun çəkildiyi diqqətə çatdırılıb. Toplantıda kolxozun müşahidə şurasının sədri Olqa Jabina iştirakçılar adından Prezident İlham Əliyevə ünvanlanan müraciəti oxuyub. Sonda “Slavyanoçka” folklor qrupu Azərbaycana, o cümlədən İvanovkaya həsr olunan mahnılar ifa edib.




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
CinemaPlus-da “Media günü”
19.07.2019
Xatirələr
19.07.2019
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.2019
İnteqrasiya Mərkəzində İmadəddin Nəsiminin yubileyi qeyd olunub
18.07.2019
Camal Əliyev Kinqs-Linn Festivalında çıxış edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info