“ATƏT-in Minsk qrupu indiyədək işğalçı dövlətə qarşı hansısa bir tədbir görməyib”
Tarix: 12.09.2018 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 12-də ATƏT-in baş katibi Tomas Qreminger ilə görüşüb. Oqtay Əsədov ATƏT-in baş katibinin ölkəmizə səfərinin qarşılıqlı əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əminliyini ifadə edib. Azərbaycan ilə ATƏT arasındakı münasibətlərdən danışan Milli Məclisin sədri ölkəmizin 25 ildən artıqdır qurumla uğurlu əməkdaşlıq etdiyini bildirib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli ilə bağlı danışıqlar prosesi barədə məlumat verən Oqtay Əsədov deyib ki, ATƏT-in Minsk qrupu indiyədək işğalçı dövlətə qarşı hansısa bir tədbir görməyib. Bu da Minsk qrupuna olan inamı azaldır. Bütün bunlara baxmayaraq, Azərbaycan Minsk qrupunun vasitəçiliyinə nikbin baxır. Oqtay Əsədov qeyd edib ki, Azərbaycan regionda həyata keçirilən enerji layihələri çərçivəsində böyük uğurlar qazanıb. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
İlk dəfə ölkəmizdə altı il bundan əvvəl olduğunu deyən ATƏT-in baş katibi Tomas Qreminger bildirib ki, bu səfərinin əsas məqsədi Azərbaycan ilə ATƏT arasında münasibətləri dərinləşdirməkdən ibarətdir. Bildirib ki, Azərbaycan ilə ATƏT arasında münasibətlərin daha da inkişafı üçün imkanlar mövcuddur. Potensial imkanlardan istifadə etməklə Azərbaycan ilə ATƏT arasında əməkdaşlığı daha da möhkəmləndirilmək mümkündür. Tomas Qreminger, həmçinin Azərbaycan nümayəndə heyətinin ATƏT-də olduqca fəallıq nümayiş etdirdiyini söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info