Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin təsis konfransı keçirilib
Tarix: 12.09.2018 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Gömrük İşçiləri Həmkarlar İttifaqları Birliyinin təsis konfransı və ilk məclisi keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) bildirilib ki, tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev iştirak edib. Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Konfransı AHİK-in sədri Səttar Mehbalıyev açıq elan edib və reqlamentə uyğun olaraq konfransın gündəliyi təsdiq edilərək rəyasət heyəti, redaksiya, mandat və hesablayıcı komissiyaların tərkibi və üzvləri seçilib. Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıb. İştirakçılar Gömrük İşçiləri Həmkarlar İttifaqları Birliyinin təsis olunması, nizamnaməsinin qəbul edilməsi, Gömrük İşçiləri Həmkarlar İttifaqları Birliyinin AHİK üzvlüyünə daxil olması məsələlərini müzakirə edərək yekdilliklə qəbul edib. Daha sonra təşkilati məsələlər müzakirə olunub və İbrahimov Səfər Qafar oğlunun namizədliyi irəli sürülüb. Açıq səsvermə nəticəsində Səfər İbrahimov Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri vəzifəsinə seçilib. S.İbrahimov ona göstərilən etimadı doğruldacağına və ittifaq üzvlərinin sosial, məişət və iqtisadi problemlərinin həllində yaxından iştirak edəcəyinə söz verib. Gömrük Komitəsinin sədri S.Mehdiyev gömrük xidmətinin, gömrük işçilərinin daim Prezidentin diqqəti və qayğısı ilə əhatə olunduğunu, onların iş şəraitinin yaxşılaşdırılması, sosial-məişət problemlərinin həlli istiqamətində mühüm addımların atıldığını bildirib. O, Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin yaradılmasını da bu istiqamətdə atılan mühüm və mütərəqqi addımlardan biri kimi qiymətləndirib və gömrük işçilərinin sosial məsələlərinin həllində birliyin mühüm rol oynayacağına əminliyini ifadə edib. Sonda çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin təsis edilməsini mühüm hadisə kimi qiymətləndirib və təşkilatın fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması üçün AHİK tərəfindən daim dəstək göstəriləcəyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info