“ASAN Viza” alan 100 yaşlı turist “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
Tarix: 12.09.2018 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Sentyabrın 12-də “ASAN Viza” üçün müraciət edən 100 yaşlı Bolqarıstan əsilli İsrail vətəndaşı Danon Yaakov “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. “ASAN Viza” sistemi vasitəsilə əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün elektron vizaların rəsmiləşdirilməsi xidmətindən istifadə edən D.Yaakov ölkəmizə turist kimi gəlib.
Qonağa "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
D.Yaakov bildirib ki, bu, onun Azərbaycana ilk səfəridir. O qeyd edib ki, əvvəllər Azərbaycan haqqında eşidib, ölkəmizlə maraqlanıb. Jurnalistlərlə təəssüratlarını bölüşən 100 yaşlı turist deyib: “Aldığım məlumatlarda burada insanların çox səmimi, qonaqpərvər və yeməklərin isə dadlı olduğunu öyrəndim. Bura gələndən sonra bu məlumatların doğruluğuna əmin oldum”. “Azərbaycanda heç bir çətinliyim olmayıb. Ölkəyə daxil olanda sənədləşmə ilə bağlı müəyyən problemim oldu. Lakin bu problem də operativ şəkildə həll edildi. Azərbaycanı çox sevdim”, - deyə Danon Yaakov diqqətə çatdırıb. Qonaq daha sonra “ASAN xidmət”in fəaliyyəti və “ABAD” sərgi-satış mərkəzi ilə tanış olub. Dövlət Agentliyinin mətbuat katibi Elnur Niftəliyev bildirib ki, bu günədək 24 milyondan çox vətəndaşın müraciəti qeydə alınıb. “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülüb. O əlavə edib ki, hava limanlarında əməkdaşlar ölkəmizə səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan, ingilis, fransız, ispan, alman, türk, hind, ərəb, fars, ibri, urdu, Norveç və rus dillərində xidmət göstərirlər.
“ASAN Viza” özünəxidmət terminalları vasitəsilə hava limanlarında əcnəbilərə vizaların verilməsinə 2018-ci il mayın 15-dən etibarən başlanıldığını deyən E.Niftəliyev qeyd edib ki, bu günə kimi “ASAN Viza” vasitəsilə 760 min 700-dən çox viza verilib. Bu vizaların 587 min 500-dən çoxu “ASAN Viza” portalı vasitəsilə, 173 min 200-dən çoxu isə hava limanlarında verilib.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info