“İbtidai sinif şagirdlərinin dərs yükünün azaldılması üçün ciddi addımlar atılacaq”
Tarix: 12.09.2018 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


“Şagirdlərin dərs yükü bizi hər zaman narahat edir. Buna görə də bu il məktəbdaxili qiymətləndirmənin dəyişdrilməsi ilə bağlı kifayət qədər iş aparılıb”. Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, şagirdlərin dərs yükünün yüngülləşdirilməsini nəzərdə tutan yeni məktəbədaxili qiymətləndirmə layihəsi Təhsil Nazirliyinin sabah keçiriləcək kollegiya iclasında geniş müzakirə ediləcək. Həmin sənəd əsasında xüsusilə ibtidai sinif şagirdlərinin dərs yükünün azaldılması üçün ciddi addımlar atılacaq. Nazir qeyd edib ki, son 5 il ərzində təhsildə keyfiyyətin yüksəldilməsi istiqamətində müsbət dinamika olub. C.Bayramov əlavə edib ki, gələn il məktəbəqədər təhsillə əhatə olma səviyyəsinin yüksəldilməsi və bunun bütün ölkə üzrə əhatə olunmasına çalışılacaq. Təhsil naziri onu da qeyd edib ki, məktəbə vaxtında getmək göstəricisi təhsilin əsas göstəricilərindəndir. Məktəbə məktəb yaşından gec getmək üzrə 2012-ci ildə olan 12 faizlik göstərici 2 dəfə enib və hazırda bu göstərici 6 faizdir. C.Bayramov növbəti tədris ilində bunu aşağı salmağın əsas hədəflərdən olduğunu da söyləyib. Nazir əlavə edib ki, müəllim nüfuzunun artması da əsas hədəflərdəndir. C.Bayramov bildirib ki , bu il qəbul imtahanlarında 500 baldan yuxarı toplayaran 2091 nəfər abituriyent müəllimlik ixtisasını elektron ərizəsində birinci qeyd edib. Bu, ötən tədris ili ilə müqayisədə 53,6 faiz çoxdur: "Bütün bunlar növbəti illərə ümidlə baxmağa imkan verir". Nazir respublika üzrə bilik yarışlarında, beynəlxalq olimpiadalarda və ali məktəblərə qəbul imtahanlarında uğur qazanan şagirdlərin sayının ilbəil artdığını bildirib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Səfir Kamal Abdullanı Hindistana dəvət etdi
18.09.2018
Türkiyəli alim Tarix İnstitutunda dissertasiya müdafiə edib
18.09.2018
Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
18.09.2018
Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb
18.09.2018
İlber Ortaylı: “Çar Rusiyası tərəfindən əsir götürülən türk əsgərlərinin çoxu Hacı Zeynalabdin Tağıyev sayəsində azad edilib”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info