“Avropa İttifaqının beynəlxalq arenada suveren oyunçu olmaq vaxtı çatıb”
Tarix: 12.09.2018 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


Avropa Komissiyasının rəhbəri xəbərdarlıq edir: “Dünyada geosiyasi vəziyyət çox ağrıdır. Belə vəziyyətdə Avropa İttifaqı beynəlxalq münasibətlərdə müstəqil oyunçu olmalı, birgə müdafiə siyasətini sürətləndirməlidir”


Avropa İttifaqı internetdə terrorizmə qarşı mübarizə aparmaq üçün yeni qanun qəbul edəcək

“Geosiyasi vəziyyətin indiki ağır vaxtında Avropa İttifaqının beynəlxalq arenada suveren oyunçu olmaq vaxtı çatıb”. Bu sözləri Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker Avropa parlamentində çıxışı zamanı səsləndirib. O, çıxışında bildirib ki, hazırda dünyada geosiyasi vəziyyət çox ağrıdır. Belə bir vəziyyətdə Avropa İttifaqının beynəlxalq münasibətlərdə suveren, müstəqil oyunçu olmasının vaxtı çatıb. Yunker çıxışında Avropa İttifaqının birgə müdafiə siyasətini sürətləndirməyə də çağırış edib: “Avropa İttifaqı hərbiləşmək fikrində deyil. Amma bizə müdafiə sahəsində daha böyük müstəqilik lazımdır”. Ondan əvvəl Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini bildirmişdi ki, hazırda beynəlxalq münasibətlərdə tam xaos yaşanır. Onun sözlərinə görə, dünya təsir sferalarına bölünüb: “Bütün dünya xaos dövrünü yaşayır. Burada əsas sual ondan ibarətdir ki, belə vəziyyət uzunmüddətli, yoxsa müvəqqəti haldır”. Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker Avropa Parlamentində etdiyi çıxışı zamanı bir çox məsələyə toxunub. O qeyd edib ki, internetdə terrorizmə qarşı mübarizə aparmaq üçün yeni qanun qəbul edilməlidir. Həmin qanuna əsasən qanunsuz kontent bir saat ərzində ləğv ediləcək: “Avropalılar haqlı olaraq gözləyirlər ki, ittifaq onların təhlükəsizliyini təmin etsin. Ona görə də Avropa Komissiyası təklif edir ki, terrorist kontentlərini bir saat içində internetdə ləğv etmək üçün yeni qaydalar yaratmalıyıq”. O bildirib ki, yeni qaydalar bir həftə əvvəl Avropa İttifaqının liderlərinin Zalsburqda keçirilən qeyri-rəsmi görüşündə təqdim edilib. Həmin qaydalara görə terrorçulara aid olduğu ehtimal edilən kontentlər internet-platformada geniş yayılmadan ləğv ediləcək. Yunker Avropa İttifaqı üçün böyük problemə çevrilən miqrasiya məsələsinə də toxunub. Avropa Komissiyasının rəhbəri problemin həlli ilə bağlı təkliflər paketini təqdim edib. Komissiya sərhəd xidməti agentliyinin işçilərinin sayını 2020-ci ilə qədər 10 min nəfərə qədər artırmağı təklif edir. Üzv dövlətlərin nəzarəti ilə sərhəd xidmətinin əməkdaşları şəxsləri yoxlamaq, onların ölkə ərazisinə daxil olmasına qadağa qoymaq, sərhəddə onları “saxlamaq” hüququna malik olacaqlar. Sərhəd xidməti agentliyinin əməkdaşları Avropa İttifaqı sərhədləri daxilində və xaricində əməliyyat həyata keçirmək səlahiyyəti əldə edəcəklər. Sərhəd xidməti agentliyinin fəaliyyətini gücləndirmək üçün 2021-2027-ci illərdə 11,3 milyard avro ayrılması planlaşdırılır. Avropa İttifaqı dövlətlərində sığınacaq verilməsi ilə bağlı məşğul olan agentliyə də əlavə səlahiyyətlər verilməsi nəzərdə tutulur. Miqrantların geri qaytarılması proseduru da həm sadələşdirilir, həm də sürətləndirilir. İttifaqa üzv dövlətlər geri qaytarılması ilə bağlı qərar qəbul edilmiş, o cümlədən ictimai qaydalar və milli təhlükəsizliyə təhlükə hesab etdikləri miqrantı həbs edə biləcəklər. Yunker Avropa İttifaqını Afrika qitəsi ilə yeni tərəfdaşlıq əsasları üzərində münasibətlər qurmağa çağırıb. Həmin münasibətlər əsasında Afrika qitəsinə yatırılacaq investisiya ilə 10 milyon yeni iş yeri yaradılmalıdır. Komissiya sədri hesab edir ki, Avropa Parlamenti bu məsələni çox yubatmamalı və gələn ilin may ayına qədər lazım olan vəsaitin ayrılması ilə bağlı qərar qəbul etməlidir. Jan-Klod Yunker Avropa Parlamentinə müraciətində mövsümlə bağlı saatların irəli-geri çəkilməsi praktikasından imtina olunması barədə təklif irəli sürüb: “Saatların çəkilməsi praktikası ləğv edilməlidir. Avropa İttifaqına üzv ölkələr vətəndaşların yay və ya qış vaxtı ilə yaşamasına özləri qərar verməlidir. Mən Avropa Parlamenti və Avropa İttifaqı Şurasının bu fikirlə razılaşacağını və daxili bazarımız üçün həll yolu tapacağını gözləyirəm”. Nəqliyyat üzrə Avropa komissarı Violeta Bults bu məsələ ilə bağlı bildirib ki, saatların mövsümlə bağlı çəkilməsinin dayandırılması vətəndaşlara qazanc əldə etməyə imkan yaradacaq. Bu ilin avqustunda Avropa Komissiyası yay və qış vaxtlarına keçid məsələsi ilə əlaqədar təşkil olunan online-səsvermə barədə ilkin məlumatları dərc edib. Səsvermənin nəticələrinə əsasən, avropalıların 84 faizi saatların çəkilməsinin əleyhinə çıxıb. İyul ayının 4-dən avqustun 16-dək davam edən səsvermədə 4,6 milyon insan iştirak edib.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info