“Stratejikguvenlik.wordpress.com”: “Nuru Paşa, Qafqaz İslam Ordumuz və Azərbaycan-Türkiyə qardaşlığı”
Tarix: 12.09.2018 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


15 sentyabrda Qafqaz İslam Ordusunun Azərbaycanı erməni-bolşevik qüvvələrindən xilas etməsinin 100 ili tamam olur. Bu tarix ölkəmizin düşmənlərdən azad edilməsi ilə yanaşı, həm də iki ölkənin qardaşlığının, birgə mübarizəsinin göstəricidir. Qafqaz İslam Ordusunun tarixi, Azərbaycanda düşmənə qarşı apardığı qəhrəmanlıq mübarizəsi ilə bağlı yubiley ərəfəsində Türkiyədə tədbirlər təşkil olunur, mediada çoxsaylı yazılar dərc edilir.

“Milliyet.com.tr” saytında “Nuru Paşa və Qafqaz İslam Ordusu tədbirlə yad edildi” başlıqlı yazı dərc edilib. Burada qeyd edilir ki, 1918-ci ildə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu erməni, rus və ingilis birliklərini darmadağın edərək Azərbaycanı düşmən qətliamından xilas etməsi Anadolu Aydınlar Ocağının təşkil etdiyi tədbirdə yad edilib. Bu tədbirə Anadolu Aydınlar Ocağının icraçı direktoru prof.dr. İbrahim Öztek, Kazım Karabekir Paşanın qızı Timsal Karabekir Yıldıran, Azərbaycan İrəvan Dövlət Dram Teatrının direktoru İftixar Piriyev, təqaüddə olan hərbçi və generallar, millət vəkilləri, alimlər və bir sıra iş adamları qatılıblar. Burada 4 min nəfəri azərbaycanlı və dağıstanlı, 12 min könüllüdən ibarət Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun 1918-ci ilin mart ayından başlayaraq 15 sentyabradək Azərbaycanı düşmənlərdən xilas etməsi qeyd edilib. Tədbirdə mübarizə davam etdiyi bir zamanda Məmməd Əmin Rəsulzadə tərəfindən ilk müsəlman türk cümhuriyyətinin qurulduğu və bu mübarizənin I Dünya müharibəsinin son günlərində Osmanlı türk ordularının yazdığı dastanlardan biri olduğu bildirilib. Nuru Paşanın bütün məlumatlarını Türkiyənin hərbi sənayesinə çatdıran ilk insan olduğu, qurduğu bir sıra fabriklə yanaşı, Sütlücə də açdığı ağır silah fabrikinin 1949-cu ildə partladıldığı və onun şəhid edildiyi vurğulanıb. Qafqaz İslam Ordusu və Nuru Paşanı anma mərasimlərinin davam edəcəyi, Anadolu Aydınlar Ocağı idarə heyətinin üzvlərinin 15 sentyabrda bu mərasimlərə qatılmaq üçün Bakıda olacağı bildirilib.

“Stratejikguvenlik.wordpress.com” saytında “Qafqaz sənədləri: Nuru Paşa, Qafqaz İslam Ordumuz və Azərbaycan-Türkiyə qardaşlığı” adlı yazıda dərc edilib. Burada qeyd edilir ki, Nuru Paşa ilə bağlı TRT-də təşkil olunan tədbirdə sənədli film təqdim edilib. Ümumiyyətlə, Nuru Paşa, Qafqaz İslam Ordusu və Bakının xilası ilə bağlı daha geniş filmlər çəkilməsinin vacibliyi vurğulanır. Bildirilir ki, bu il Qafqaz İslam Ordusunun Bakını xilas etməsinin 100-cü ildönümü qeyd ediləcək. İki dövlətin bu zəfəri birlikdə, güclü şəkildə qələbəni qeyd etməsi çox yaxşı ola bilər. İki dövlətin də ziyalıları, sənət adamları, qeyri-hökumət təşkilatlarının da üzərinə böyük vəzifə düşür.
Qeyd edək ki, ölkəmizdə Qafqaz İslam Ordusu ilə bağlı bir sıra araşdırmalar aparılıb, alimlərimizin bu mövzuda kitabları dərc edilib. Belə kitablardan biri də tarix üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Zülfüqarlının “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi: Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)” kitabıdır. Müəllif kitabda yazır ki, Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən olan “Göyçay döyüşləri” mövzusu bu gün öz aktuallığı ilə diqqəti cəlb edir. Qafqaz İslam Ordusu və bu ordunun əsgərləri ilə birgə döyüşmüş azərbaycanlı hərbçilər haqqında obyektiv tədqiqatlar bu qəhrəmanlıqlara kölgə salmağa çalışan bəzi üzdəniraq qüvvələrin saxtakarlıqlarının ifşasında mühüm əhəmiyyət daşıyır. Azərbaycan xalqını bolşevik-erməni soyqırımından xilas etmiş Qafqaz İslam Ordusunun fəaliyyətinin obyektiv tədqiqi Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmlənməsinə kömək göstərə bilər. Kitabda, həmçinin qeyd edilir ki, sovet tarixçilərinin əsərlərində Azərbaycan xalqına köməyə gəlmiş Qafqaz İslam Ordusu işğalçı, yerli müsəlman əhaliyə qarşı soyqırımım həyata keçirən, ölkənin sərvətlərini talayan, işğalçı bolşevik-daşnak qüvvələri isə xilaskar kimi qələmə verilib. Lakin Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra bir çox müəlliflərin kitab və məqalələrində mövzu ilə bağlı obyektiv məlumatlar verilib. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” fərmanından sonra tədqiqatçılar 1918-ci ildə ermənilər tərəfindən müsəlman əhaliyə qarşı törədilmiş soyqırımı hadisəsinin və Qafqaz İslam Ordusunun xilaskar yürüşünün tədqiqinə daha çox diqqət yetiriblər. Adıçəkilən kitabda da azərbaycanlılara qarşı növbəti soyqırımının qarşısının alınmasında Qafqaz İslam Ordusunun Göyçay uğrunda mübarizəsi və bu döyüşlərdə şəhid olan qəhrəmanlardan bəhs edilib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info