Dinimiz xurafata, dini radikalizmə qarşıdır
Tarix: 12.09.2018 | Saat: 20:47:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib. Tədbirdə DQİDK-nın, RİH-in rəhbər şəxsləri, dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov mövzunun əhəmiyyətini yüksək qiymətləndirərək İslam dəyərlərinin öyrənilməsinin və düzgün təbliğ olunmasının, bu sahədə maarifləndirmə işinin təşkilinin daha da gücləndirilməsinin zəruriliyi, habelə dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial məsələlərin həlli prosesinə cəlb edilmələri barədə ətraflı danışıb. İ.Abbasov eyni zamanda, rayonda bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticələrindən də bəhs edib. Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, İslam dini cəmiyyətin inkişafında mütərəqqi rol oynayır, eləcə də dinimiz bizim mənəvi tərbiyəmizə və ruhumuza təsir edir. Ulu Öndər Heydər Əliyevin “Dinimiz milli-mənəvi sərvətimizdir” fikrini xatırladan Komitə sədri vurğulayıb ki, xalqımız hər zaman öz milli-mənəvi, o cümlədən dini dəyərlərinə sadiqlik nümayiş etdirir. İslam dininin elmin, mədəniyyətin inkişafına mühüm töhfələr verdiyini bildirən M.Qurbanlı dinimizin xurafata, dini radikalizmə qarşı olduğunu diqqətə çatdırıb. Qafqaz Müsəlmanları İdarəsinin qazısı, Nardaran qəsəbəsi “Rəhimə xanım ziyarətgahı” məscidi dini icmasının sədri Musa Qasımov və digərləri çıxışlarında qeyd ediblər ki, Məhərrəm ayı ilə əlaqədar bütün ölkə üzrə olduğu kimi, Suraxanı rayonunda da Aşura mərasimləri qanunvericilik çərçivəsində və nümunəvi şəkildə təşkil ediləcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info