Mütəfəkkir şair və yazıçılar əsərlərinin ilkini mətbuat vasitəsilə oxuculara təqdim etmişlər
Tarix: 12.09.2018 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


Gənc şairlərin təbliğində, onların cəmiyyətdə tanıdılmasında mətbuatın rolu böyükdür. Bu gün qələm sahibləri öz oxucuları ilə daha çox qəzet səhifələri ilə tanış olurlar. Yazıçıların ənənəvi mediaya olan maraqları bu gün də özünü büruzə verir. Onlar daha çox yaradıcılıqlarını ənənəvi mediada yayımlamaq istəyirlər. Bu istiqamətdə, şübhəsiz ki, jurnalistlərdə bu ənənənin qorunmasına səy göstərirlər. Tarixən bir çox mütəfəkkir şair və ya yazıçılar əsərlərinin ilkini mətbuat vasitəsilə oxuculara təqdim etmişlər. Bu gün də gənc şairlərimizdən olan Ayşə Səyyadqızının aşıq poeziyası şəklində yazdığı şeirlər sosial şəbəkədə oxucuların diqqətini cəlb edir. Gənc yaşından güclü söz demə qabiliyyəti, şirin qoşma və gəraylıları ilə oxucu məhəbbəti qazanan Ayşə Səyyadqızının bəzi şeirlərini və deyişməsini təqdim edirik: Məmmədova Ayşə Səyyad qızı 4 fevral 2002-ci ildə Bakı şəhərində dünyaya gəlib. Ələkbər Əliyev adına 204 saylı məktəbin 11-ci sinif şagirdidir. Saz-söz sənəti ilə məşğuldur. Ustadı Qəzənfər Sazbənddir. Aşıq Pəri Məclisinin üzvüdür.

Nə qorxum
Nə qorxum olacaq çərxi-fələkdən,
Canım el yolunda sadağadırsa.
Bəd günlər könlümə pay imiş demə,
Xoş günlər ömrümə qadağadırsa.

Bilinmir əvvəli, bilinmir sonu,
Baxarsan dərdini dindirər həyat.
Bir yandan ucaldar zirvəyə səni,
Bir yandan zirvədən endirər həyat.

Ey verib yellərə hədər eyləyən,
Vermərəm yolunda qalan ömrümü.
Kim deyər yenidən şad eyləyəcək,
Bir vaxtlar eyləyən talan ömrümü.

Uyma dövlətinə, uyma varına,
Bu dünya əzəldən yalan dünyadı.
Nə sənlə, nə mənlə, nə başqasıyla
Özüylə baş-başa qalan dünyadı.

Həyat vəfasızdır, ömür vəfasız,
Çox dalma odur ki, xam xəyallara.
Döndükcə başına pərvanələri,
Necə ki, dalırsa şam xəyallara.

Söyləmə əgər ki, tutmayacaqsan,
Gün gəlib sözündən dönəcəksənsə.
Öyünmə ay Ayşə, ocaq da olsan,
Axır ki, səngiyib, sönəcəksənsə.

Ağdısa
Mən niyə çəkinim eldən, obadan,
Alnım açıqdısa, üzüm ağdısa?
Mən niyə özümə arxasız deyim,
Dayağım Allahdı, başım dağdısa?

Ürəkdə pak olan etibarım var,
Çəməndə çiçəyim, dağda qarım var.
Tükənməz sərvətim,
bitməz varım var,
Atam ayaqdadır, anam sağdısa.

Ay Ayşə, həyatda vəfasız çıxma,
Bir qəlbi yandırma, bir yuva yıxma.
Könül qəm eyləmə, ürək darıxma,
Yanın gül-çiçəkdi, yönüm bağdısa.

Deyişmə I
Bulutoğlu
Qarsdan salam olsun qardaş Bakıya,
Gözəlim şəhəriniz, eliniz nasıl?
Çiçəyi bənzəyir taca takıya
Çayır çəmənlərdə gülünüz nasıl?

Səyyadqızı
Ey sənət yoldaşım, ey Türk qardaşım,
Siz xəbər alanı ellər yaxşıdı.
Rəngini şəhidin qanından alan,
Mən necə deyim ki, güllər yaxşıdı.

Bulutoğlu
Yaradan yaradıb ulu divanı,
Bir gündə qurulur Haqqın divanı.
Qaraçı təcnisi başda divanı,
Çaldızmı sinədə teliniz nasıl?

Səyyadqızı
Rəbbim ayırmasın bizləri Haqdan,
Dünya Süleymanlar salıbdı taxtdan.
Bu qara taledən bu qara bəxtdən,
Sinəmdə çağlayan tellər yaxşıdı.
Bulutoğlu
Bulutoğlu, sazın pərisi sənsən,
Lalənin, sünbülün sarısı sənsən.
O güllü çəmənin arısı sənsən,
Dərdə dərmanımdır balınız nasıl?

Səyyadqızı
Ay Ayşə, qəm saldı qəlbimə hallar,
Hökmünüz budumu ey hökmdarlar?!
Bağçada meyvələr, zirvədə qarlar,
Pətəkdən süzülən ballar yaxşıdı.

Deyişmə II
Səyyadqızı
Mən Səyyadqızıyam, siz Bulutoğlu,
Bu vergi Allahdan paya bənzəyir.
Sızqa var uzaqdan qaynar bulağa,
Dərya var qurumuş çaya bənzəyir.

Bulutoğlu
Düşümde görmüşem Seyyadgızını,
Aceb gerçəkmidir röyaya bənzər.
Aramızda dağlar yolun uzunu,
Gurbetmi hasretmi sılaya benzer.

Səyyadqızı
Yad sanar özünə paranı, pulu,
Peyğəmbər ümməti yaradan qulu.
Güc alır Günəşdən üzünün nuru,
Siması göydəki Aya bənzəyir.

Bulutoğlu
Öyrənib həyatın gerçəklərini,
Telinə bağlamış ləçəklərini,
Dərib təbiətin çiçəklərini,
Həm dağa, həm bağa, ovaya bənzər.

Səyyadqızı
Söz dildə xoşbəxtdir, sona gölündə,
Mümkünsüz mümkündür
Haqqın elində.
Xalqın kəlməsində, xalqın dilində,
Haraya bənzəyir haya bənzəyir.

Bulutoğlu
Aşıqdır, sözlərin mənası odur,
Yuvanın təməli, binası odur.
Necə igidlərin anası odur,
Cəsurdur, ürəkli qayaya bənzər.

Səyyadqızı
Ay Ayşə, sayılır el yaraşığı,
Nur saçır üstünə Haqqın işığı.
Əsl el ustadı, sənət aşığı,
Ovçu kamanında yaya bənzəyir.

Bulutoğlu
Bulutoğlu nələr gəldi dilinə,
Həmin mizrabına, həmin telinə.
Dalmış anlaşılan aşqın gölünə,
Allı-yaşıllı bir sonaya bənzər.

Deyişmə III
Səyyadqızı
Dolanıb həftələr illərə dönüb,
Həsrətin sazımda tellərə dönüb,
O coşub çağlayan sellərə dönüb,
Qaytarın uşaqlıq çağlara məni,
Bir də aparasan dağlara məni.

Bulutoğlu
Dünyanın düzəni nədən belədi,
Dostlar hədəf tutdu oxlara məni,
Sevda Kərəmləri yaxdı, kül etdi,
Sakın bənzətməyin sağlara məni,
Yenə apararam dağlara səni.

Səyyadqızı
Payızda dərələr bürünə mehə,
Baharda nərgizlər bələnə şehə,
Yaradan hökmünü versə taleyə,
Gətirə çiçəkli bağlara məni,
Birdə aparasan dağlara məni.

Bulutoğlu
Fəryadım fidanım nərəyə döndü,
İçimdə dərdlər də yaraya döndü,
Atlasım, libasım qaraya döndü,
Bəlkə, sən sarasan ağlara məni,
Yenə apararam dağlara səni.

Səyyadqızı
Dağdı bərəkətim, dağdı çörəyim,
Bir sərin bulaqdır, Ayşə, gərəyin,
Nə qədər döyünür qərib ürəyim,
Zaman bürüməmiş ağlara məni,
Birdə aparasan dağlara məni.

Bulutoğlu
Bulutoğlu, söylə əfkar zar olur,
Dağın ətəyində bağça bar olur,
Yüksəyində tipi boran kar olur,
Bilsəm qərq eləyər cığlara məni,
Yenə apararam dağlara səni.

Toplayıb tərtib etdi:
Mahmud Əyyublu
AAB-nin üzvü




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Moskvada “Yeddi gözəl” sərgisi açılıb
21.11.2018
Azərbaycanlı musiqiçi Nyu Yorkda “Carnegie Hall”un səhnəsində çıxış edib
20.11.2018
Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
20.11.2018
Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illiyi qeyd edilib
20.11.2018
“Səmərqənd Şeir Axşamları” Türkdilli Gənclər Konfransı başa çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info