Sığorta-pensiya sistemində innovativ idarəetmə formalaşacaq
Tarix: 13.09.2018 | Saat: 12:22:00 | E-mail | Çapa göndər


2006-cı ilədək olan sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericilikdə təkmilləşdirmələr aparılır


Prezident İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” Fərmanı əmək və sosial müdafiə sahələrində xidmətlərin tam elektronlaşdırılması ilə yanaşı, sığorta-pensiya sisteminin daha obyektiv və ədalətli yanaşmalar əsasında inkişaf etdirilməsi, o cümlədən vətəndaşların sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı konkret vəzifələr müəyyən edir.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev pensiya təminatı sisteminin təkmil əsaslar üzərində qurulması üçün təkliflərin hazırlanması məqsədilə nazirlikdə yaradılmış İşçi Qrupunun iclasında bildirib.
S.Babayev dövlət başçısının müvafiq Fərmanına əsasən əmək, məşğulluq, sosial müdafiə sahələrində dövlət xidmətlərinin vahid platformadan, “bir pəncərə” prinsipi üzrə təşkili üçün yaradılacaq DOST mərkəzlərinin fəaliyyətinin mühüm bir istiqamətinin pensiya təminatı məsələləri ilə bağlı olacağını bildirib.
O qeyd edib ki, bunun üçün müvafiq elektron əsaslı infrastrukturda pensiya təyinatı sisteminin tam avtomatlaşdırılmış mexanizmi mövcud olacaq. Artıq bu istiqamətdə işlər aparılır. Nəticədə pensiya təyinatı sahəsində məmur-vətəndaş təmasının, bir çox hallarda özünü göstərən süründürməçilik hallarının aradan qalxmasına və tam şəffaf mühitin yaradılmasına, ümumilikdə sığorta-pensiya sistemində innovativ idarəetmənin formalaşmasına nail olunacaq.
Nazir, eyni zamanda, 2006-cı ilədək olan sosial sığorta stajlarının müəyyən edilməsi ilə bağlı tətbiq olunan yanaşmalara yenidən baxıldığını, bununla bağlı qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi üçün təkliflərin hazırlandığını qeyd edib.
Sonra nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsinə dair hazırlanan qanun layihəsi, büdcənin gəlir və xərcləri, qeyri-büdcə sektorundan daxilolmaların vəziyyəti nəzərdən keçirilib. Fondun gəlirlər hissəsinin geniş təhlilinin aparılması, işəgötürənlər tərəfindən Fonda daxil edilən sosial sığorta vəsaitlərinin işçilər üzrə adlı siyahılar üzrə bölüşdürülməsi prosesinin sürətləndirilməsi tapşırılıb.
İşçi Qrupunun cari fəaliyyətinin nəticələri, pensiya təyinatı prosedurunun elektron infrastrukturunun qurulması sahəsində aparılan işlər, sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi, Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsinin təkmil şəkildə hazırlanması üçün qarşıda duran vəzifələr müzakirə olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
10.04.2020
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
10.04.2020
Kənd təsərrüfatı məhsullarının Bakıya arayış əsasında da gətirilməsinə icazə verilir
10.04.2020
Azərbaycanda indiyədək 991 nəfər koronavirusa yoluxub, 10 nəfər vəfat edib, 159 nəfər sağalıb
10.04.2020
İTV “Səs Uşaqlar“ın final mərhələsinin vaxtını dəyişdirdi
10.04.2020
Bakıda karantin rejimində gündəlik sərnişindaşımanın statistikası açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11500

1 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
2 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
3 GMO-nun zərərləri
4 Prezident yaşı 65-dən yuxarı olan 176 məhkumu əfv edib
5 Evdən çıxmaq üçün 556 762 icazə qeydiyyata alınıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info