Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
Tarix: 13.09.2018 | Saat: 14:57:00 | E-mail | Çapa göndər


“Qana ehtiyacı olan insanlara yardım göstərmək təkcə savab yox, həm də insanların həmrəyliyinin nümunəsi sayılmalıdır”


Məhərrəm ayı başladığı üçün bu müqəddəs ayda dini kəsimlə yanaşı, cəmiyyətimizin bütün təbəqələri daha çox savab işlər görməyə çalışır, əvvəlki illərdə mövcud olan və adət halına çevrilən zəncirvurma, başyarma kimi arzuolunmaz hərəkətlərdən çox, qanvermə aksiyalarına qatılırlar. Bu işdə aktiv olanlardan bir qismi də idman ictimaiyyətidir. Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Aqil Acalov deyir ki, idmançılar həmişə belə tədbirlərdə aktiv olublar. Məhərrəm ayında isə dövlət qurumları, eləcə də QHT və özəl təşkilatlar qanvermə aksiyaları təşkil edəndə əksər idmançılar bu nəcib aksiyaya dəstək olurlar: “Hər il Məhərrəm ayında qançıxarma, zəncirvurma kimi dində vacib buyurulmayan hərəkətlərə yol verilir. Düzdür, belə hallar xeyli azalıb və əvvəlki illərə nisbətdə bu cür hərəkətlər çox az müşahidə edilir. Ümumiyyətlə, mənim bir çox dinlə məşğul olan yaxın dostlarım var. Bununla bağlı özüm də bir çox araşdırmalar aparmışam və dostlarımla da məsləhətləşmişəm. Qənaət belə olub ki, dində zəncirvurma, qançıxartma kimi vacib əməl yoxdur. Özüm də düşünürəm ki, bəzən azyaşlı uşaqların gözü önündə baş verən qanlı səhnələr düzgün hal deyil. Allahın yaratdığı bədənə insan özü zərər yetirə bilməz. Yəni bu cür davranışları şəxsən mən yaxşı qarşılamıram.
O ki qaldı belə tədbirlərin əvəzində savab olacaq digər nəcib aksiyaların təşkilinə, bunlardan ən optimal variantı qanvermə aksiyasını sayıram”. Aqil Acalov deyir ki, ölkəmizdə ilbəil çoxalan qanvermə aksiyalarının Məhərrəm ayında daha çox təşkil olunması çox gözəl təşəbbüsdür: “Hər il, həm ayrı-ayrı dövlət qurumları tərəfindən, həm də sırf dini məsələlərlə məşğul olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən bu cür alqışlanan aksiyalar təşkil olunur. Bununla bağlı bir çox qeyri-hökumət təşkilatları, idman federasiyaları və özəl qurumlar da fəallıq göstərirlər. İlin hər ayında qanvermə aksiyasında idman ictimaiyyətini də görə bilərsiniz. Lakin məhz Məhərrəm ayında dövlətimiz, xüsusilə də Dini Komitə tərəfindən bu istiqamətdə yaradılan şəraitdən maksimum yararlanmaq lazımdır. Yəni dövlətimiz də hər cür şərait yaradır ki, insanlar gedib qan versinlər. Sadəcə, iş qalır insanlarımızın bu işdə könüllü davranmalarına. İnsanlarımız da istiqanlıdırlar, yardım etməyi daim sevirlər. Hətta el arasında belə bir deyim də var ki, əl tutmaq, yəni yardım əli uzatmaq Həzrət Əlidən qalıb. Bu ay qan verməklə sağlamlığında ciddi problemlər olanlara kömək etmək üçün çox gözəl bir fürsətdir”.
Federasiya rəhbəri deyir ki, o özü də bu nəcib aksiyalarda fəal iştirak edir: “Həm ictimai fəaliyyətim dövründə, həm də idman karyeramda, federasiya rəhbəri olduğum dönəmlərdə, hətta indinin özündə də idmançılarla bu cür aksiyalar keçiririk. Bu il də planımızda belə nəcib aksiyaların təşkili var.
Ümumiyyətlə, nəinki bu və ya buna bənzər digər layihələrdə iştirak edən idman federasiyaları var, eyni zamanda belə təşəbbüslərə qoşulan xeyli QHT və digər özəl qurumlar da mövcuddur. Amma bu say kifayət qədər deyil. Təəssüf hissi ilə bildirim ki, bu kimi layihələrə qatılan federasiya və qeyri-hökumət təşkilatları sonrakı aylarda aktivlik göstərmirlər.
İdmançılara tövsiyəm və çağırışım bu olar ki, bu gün onlar öz fiziki güclərinə mənəvi güclərini də qatsınlar. Yəni yüksək insani keyfiyyətlərini göstərib nəcib aksiyalarda aktiv olsunlar. İdmançılarımız kifayət qədər aktivdirlər. Mən idmançılarımıza səslənirəm ki, bu işlərdə də aktivliyi artırsınlar. Bilirsiniz, idmançılar daim diqqət mərkəzində olan insanlardır və onları daim cəmiyyət, kütlə izləyir. Bu baxımdan da idmançıların bu cür layihələrdə iştirak etməsi cəmiyyətimizə yaxşı örnək mesajı olar. Son olaraq bir daha tövsiyə edərdim ki, belə tədbirlərə, layihələrə qoşulmayan QHT və idman federasiyaları bundan sonra daha aktiv olsunlar. Çünki biz hamımız birlikdə vətəndaş cəmiyyətini formalaşdırırıq. Vətəndaş cəmiyyətinin düzgün şəkildə formalaşdırılması üçün də biz hamımız həmrəy olmalıyıq. Bu cür sosial layihələr, xüsusilə də qanvermə aksiyaları, qana ehtiyacı olan insanlara yardım göstərmək təkcə savab yox, həm də insanların həmrəyliyinin nümunəsi sayılmalıdır”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Qaradağ Rayon İcra Hakimiyyətində Milli Mətbuatın 144 illiyi qeyd edilib
22.07.2019
Masallının “Yeni həyat“ qəzetinin redaksiyasında Milli Mətbuat Günü qeyd edilib
22.07.2019
Milli Mətbuat Günü münasibətilə keçirilmiş müsabiqənin nəticələri təsdiq edilib
22.07.2019
Əlilliyi olan bir qrup şəxs “Duzdağ” fizioterapiya mərkəzinə yola salınıb
22.07.2019
Azərbaycan mətbuatının nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info