Paytaxtda 422 müəllimə ehtiyac var
Tarix: 28.06.2013 | Saat: 23:29:00 | E-mail | Çapa göndər


2013-2014-cü dərs ilində respublikanın rayon və şəhərlərinin ümumi təhsil və ilk peşə - ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakant yerlərin sayı açıqlanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr sektorundan verilən məlumata görə, BŞTİ - nin tabeliyində olan təhsil müəssisələrində ümumilikdə 422 müəllimin işə qəbulu üzrə vakant yer ayrılıb.
Bu yerlərdən 25 - i Azərbaycan dili və ədəbiyyat (Azərbaycan bölməsi üzrə - 24, rus bölməsi üzrə - 1), 26 - sı Tarix (Azərbaycan bölməsi üzrə - 23, rus bölməsi üzrə - 3), 24 - ü Riyaziyyat (Azərbaycan bölməsi üzrə - 18, rus bölməsi üzrə - 6), 20 - si Coğrafiya (Azərbaycan bölməsi üzrə - 11, rus bölməsi üzrə - 9), 86 - sı İbtidai sinif (Azərbaycan bölməsi üzrə 52, rus bölməsi üzrə - 34), 16 - sı Fizika (Azərbaycan bölməsi üzrə - 8, rus bölməsi üzrə - 8), 11- i Kimya (Azərbaycan bölməsi üzrə - 7, rus bölməsi üzrə - 4), 10 - u Biologiya (Azərbaycan bölməsi üzrə - 7, rus bölməsi üzrə - 3), 29 - u İnformatika (Azərbaycan bölməsi üzrə - 20, rus bölməsi üzrə - 9), 39 - u İngilis dili (Azərbaycan bölməsi üzrə - 38, rus bölməsi üzrə - 1), 5 - i Rus dili (Azərbaycan bölməsi üzrə - 3, rus bölməsi üzrə - 2), 1-i Fransız dili (Azərbaycan bölməsi üzrə - 1), 25-i GÇQH rəhbəri (Azərbaycan bölməsi üzrə - 25), 71-i Fiziki tərbiyə (Azərbaycan bölməsi üzrə - 58, rus bölməsi üzrə - 13), 11 - i Təsviri incəsənət, rəsmxət (Azərbaycan bölməsi üzrə - 8, rus bölməsi üzrə - 3), 9 - u Əmək hazırlığı (Azərbaycan bölməsi üzrə - 7, rus bölməsi üzrə - 2), 14 - ü Musiqi (Azərbaycan bölməsi üzrə - 12, rus bölməsi üzrə - 2) fənnləri üzrədir.
Fənn müəllimlərinə daha çox Bakının Xəzər, Qaradağ, Sabunçu, Binəqədi və Xətai rayonlarında ehtiyac var.
Qeyd edək ki, elan olunan yerlər üzrə sənədlərin qəbulu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən onlayn şəkildə aparılır.
Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info