Bakının kənd və qəsəbələrində 4600-dən çox yeni iş yeri yaradılacaq
Tarix: 28.06.2013 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Xəzər rayonunun Şüvəlan qəsəbəsində keçirib. Tədbirdən əvvəl Bakıxanov qəsəbəsində əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş müasir çörək istehsalı zavodunun yeni istehsal sahəsinin fəaliyyətinə baxış keçirilib.
Tədbir çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və fond tərəfindən rayonda prioritet hesab olunan istixana və zəfərançılıq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və digər metodiki materiallar sahibkarlara təqdim olunub. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.
Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Ələkbər Heydərov "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Xəzər rayonunun sosial-iqtisadi inkişafında xüsusi rolunu vurğulayıb, rayonda görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verib.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində davamlı sosial-iqtisadi inkişafa nail olunduğunu vurğulamış və Bakının şəhərətrafı kənd və qəsəbələrində Dövlət Proqramı çərçivəsində görülən işlər barədə tədbir iştirakçılarına məlumat veriblər.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Bakının ətraf kənd və qəsəbələrində sahibkarlara verilən güzəştli kreditlər, bu kreditlər hesabına reallaşdırılan layihələr, yeni yaradılan iş yerləri və həyata keçiriləcək işlər barədə tədbir iştirakçılarına məlumat verib. Qeyd olunub ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası dövründə müvəkkil kredit təşkilatları vasitəsilə Bakı şəhəri, ətraf kənd və qəsəbələrdə 536 investisiya layihəsinin maliyyələşdirilməsinə 129,7 milyon manat güzəştli kreditlər verilib. Bu layihələrin reallaşması 4600-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 26 sahibkarlıq subyektinə 4,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 240-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
İlkin




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
AHİK sədri: “Azərbaycan ilə BƏT arasında əməkdaşlıq müxtəlif sahələrin inkişafına töhfə verir”
19.09.2018
“Buta Airways”in yeni təyyarəsi Günnüt kəndinin şərəfinə adlandırılıb
19.09.2018
Rəqəmsal Ticarət Qovşağının konfransında qeyri-rezidentlərə elektron imza veriləcək
19.09.2018
“Azeri Light”ın bir barreli 80,66 dollara satılır
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info