Şagirdlərə məktəbli forması və məktəb ləvazimatları hədiyyə edilib
Tarix: 13.09.2018 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin
Təbliği Fondu tərəfindən cəbhəyanı bölgədə yaşayan birinci sinfə gedəcək
məktəblilərə məktəbli forması, çanta və məktəb ləvazimatları hədiyyə
edilib.
Bununla əlaqədar Füzuli, Ağcabədi, Ağdam, Bərdə və Tərtər rayonlarında,
eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində məktəblilərlə görüş
keçirilib. Görüşlərdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun
icraçı direktoru Mehman İsmayılov Bilik Fondu ilə birgə bu layihənin
məktəblilərə dəstək olmaq məqsədilə həyata keçirildiyini bildirib.
Məktəblilərin Azərbaycanın uğurlu gələcəyinin təminatı olduğunu qeyd
edən M.İsmayılov onların vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərə
sadiq ruhda yetişdirilməsinin vacibliyini vurğulayıb. İcraçı direktor
cəbhə bölgəsində yaşayan vətəndaşlar arasında olan ruh yüksəkliyi və
Vətənə bağlılığın işğal altında olan Qarabağ torpaqlarının işğaldan azad
edilməsinə inamı daha da gücləndirdiyini diqqətə çatdırıb.
Bilik Fondu və Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkür edən
valideynlər məktəblilərə göstərilən dövlət qayğısına görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə də minnətdarlıqlarını
bildiriblər.
Qeyd edək ki, məktəblilərlə görüşdə Mənəvi Dəyərlərin Təbliği Fondunun
icraçı direktoru Mehman İsmayılov, Fondun icraçı direktor müavini Ceyhun
Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə
şöbəsinin müdiri Əlizadə Nəcəfov və Bilik Fondunun nümayəndəsi Elvin
Hətəmov iştirak ediblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
10.04.2020
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
10.04.2020
Kənd təsərrüfatı məhsullarının Bakıya arayış əsasında da gətirilməsinə icazə verilir
10.04.2020
Azərbaycanda indiyədək 991 nəfər koronavirusa yoluxub, 10 nəfər vəfat edib, 159 nəfər sağalıb
10.04.2020
İTV “Səs Uşaqlar“ın final mərhələsinin vaxtını dəyişdirdi
10.04.2020
Bakıda karantin rejimində gündəlik sərnişindaşımanın statistikası açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11500

1 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
2 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
3 GMO-nun zərərləri
4 Prezident yaşı 65-dən yuxarı olan 176 məhkumu əfv edib
5 Evdən çıxmaq üçün 556 762 icazə qeydiyyata alınıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info