Azərbaycan-Macarıstan biznes forumu keçirilib
Tarix: 28.06.2013 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


Vilmoş Valyi Naqi: “İKT sahəsində əməkdaşlıq üçün böyük imkanlar var”

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Macarıstan biznes forumu keçirilib.Tədbirdə rəsmi şəxslərlə yanaşı, İKT sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən “Azpromo”-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanla Macarıstan arasında əlaqələrin yüksək səviyyədə olduğunu, bu münasibətlərin hörmət və dostluq, qarşılıqlı maraq prinsiplərinə əsaslandığını, bunun iqtisadi və digər sahələrdə də əməkdaşlığın inkişafına təkan verdiyini bildirib, Azərbaycanla Macarıstan arasında iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğu diqqətə çatdırıb. İş adamlarının iştirakı ilə keçirilən tədbirlərin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini vurğulayan R.Məmmədov biznes təşəbbüslərinin stimullaşdırılması baxımından forumun iki ölkə arasında yeni əməkdaşlıq imkanlarının yaranmasında, mövcud əlaqələrin genişlənməsində faydalı olacağını qeyd edib. Öz növbəsində Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə «Azərbaycanda İKT siyasəti» mövzusunda təqdimatla çıxış edib. Nazir müavini Azərbaycanın ilk telekommunikasiya peykinin bu il orbitə çıxarıldığını, həmçinin İKT sahəsinin inkişafı istiqamətində görülən işlər və İKT-nin inkişafı istiqamətində qarşıda duran vəzifələr barədə məlumat verib və qeyd edib ki, ölkədə İKT sahəsində uğurla həyata keçirilən tədbirlər dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağını artırıb. Macarıstanın telekommunikasiya məsələləri üzrə dövlət katibi Vilmoş Valyi Naqi çıxışında hər iki ölkənin iqtisadi potensialından səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişlənməsinin Macarıstan-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini diqqətə çatdırıb, iqtisadi əlaqələrin inkişaf istiqamətlərini vurğulayıb və iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən İKT sahəsində əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirib. Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

“Azərbaycanla iqtisadi əlaqələrin daha da genişlənməsi üçün böyük potensial var”

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı Bakıda səfərdə olan Macarıstan Respublikasının telekommunikasiya məsələləri üzrə dövlət katibi Vilmoş Valyi Naqinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə komitədən qəzetimizə məlumat verilib. Görüşdə QKDK-nın sədri Rüfət Aslanlı Azərbaycan ilə Macarıstan arasında münasibətlərin zəngin tarixə malik olduğunu bildirərək, siyasi-iqtisadi və mədəni sahələrdə işgüzar əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. R.Aslanlı ölkənin qiymətli kağızlar bazarı haqqında məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı çərçivəsində ölkədə müasir bazar infrastrukturunun yaradılması istiqamətində zəruri addımların atıldığını bildirdi. Sədr Dünya Bankı və İsveçrənin Seko təşkilatı tərəfindən dəstəklənən “Kapital Bazarının Müasirləşdirilməsi” layihəsinin kapital bazarlarının inkişafı istiqamətində əhəmiyyətli yer tutduğunu görüş iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Macarıstan Respublikasının telekommunikasiya məsələləri üzrə dövlət katibi Vilmoş Valyi Naqi səmimi qəbul üçün təşəkkürünü bildirərək, Bakıya səfəri zamanı yeniliklərin şahidi olduğunu, paytaxtda aparılan geniş tikinti-quruculuq işlərinın xoş təəssüratlar bağışladığını vurğulayıb. Dövlət katibi Azərbaycan ilə iqtisadi sahədə əlaqələrin daha da genişlənməsi üçün böyük potensialın olduğunu vurğulayaraq, hər iki ölkənin qiymətli kağızlar bazarında fəaliyyət göstərən institutlar arasında əlaqələrin yaradılması, bilik və təcrübə mübadiləsinin aparılması üçün böyük imkanların olduğunu ifadə edib.
Görüşdə həmçinin Azərbaycanla Macarıstan arasında qarşılıqlı maraq doğuran sahələr üzrə əlaqələrin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
İlkin






 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info