ARDNŞ Albaniyanın qazpaylayıcı şəbəkəsini qura bilər
Tarix: 28.06.2013 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Avropaya nəql olunacaq qazdan Bolqarıstan, Monteneqro
və Xorvatiya da istifadə edə biləcək

“Perspektivdə Azərbaycan investor qismində Albaniyanın da qaz bazarına çıxa bilər”. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) investisiya və marketinq məsələləri üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib.
Onun sözlərinə görə, hazırda Albaniya qazpaylayıcı şəbəkəyə malik deyil və gələcəkdə ARDNŞ bu ölkədə sözügedən şəbəkəni qura bilər: «Hər şey danışıqlardan və Albaniyanın istəyindən asılı olacaq». Buna misal olaraq E.Nəsirov Gürcüstanın qazpaylayıcı sisteminin ARDNŞ tərəfindən idarə edilməsini gətirib. Lakin ARDNŞ rəsmisi onu da bildirib ki, Gürcüstan qonşu ölkə olduğundan bu məsələ asanlıqla öz həllini tapıb. Elşad Nəsirov qeyd edib ki, Azərbaycandan Avropaya nəql olunacaq təbii qazdan regionun digər ölkələri də istifadə edə biləcək. Onun sözlərinə görə, TAP layihəsi çərçivəsində Yunanıstan, Albaniya və İtaliyaya ümumilikdə ildə 10 mlrd. kubmetr qaz nəql olunacaq: «Lakin Azərbaycan qazından həmçinin Bolqarıstan da yararlana biləcək. Belə ki, Yunanıstanla Bolqarıstan arasında qaz nəqli üçün infrastruktur mövcuddur». E.Nəsirov həmçinin bildirib ki, perspektivdə Azərbaycan qazından Monteneqro və Xorvatiya kimi ölkələr də yararlana biləcək.
Cavidan






 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info