Sağlam gəncliyimizin uğurları...
Tarix: 29.06.2013 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Tayçszi-Çsyuan idman sağlamlıq klubu Mingəçevirdə uzun illərdir fəaliyyət göstərən ilk klublardan biridir. Yüzlərlə oğlan və qız bu illər ərzində klubun üzvləri olub.
Burada şəhid, məcburi köçkün və kasıb ailələrin uşaqlarına böyük diqqət və qayğı ilə yanaşılır. Klubun üzvləri şəhərin mədəni-kütləvi idman tədbirlərində fəal iştirak edirlər. Klub üzvlərindən bir neçə nəfəri torpaqlarımızın müdafiəsi uğrunda şəhid olublar. Müxtəlif illərdə klubun idmançıları respublika və beynəlxalq səviyyəli yarışlarda bir çox qələbələr qazanıblar. Klubun əsas məqsədi gələcəyimiz olan uşaqların sağlam böyüməsi, tam fiziki hazırlıqlı olması, mövcud şəraitdə gənclərimizi narkomanlıqdan, alkoqolizmdən və digər mənfi hərəkətlərdən çəkindirməkdən ibarətdir.
Klubun əsas fəaliyyəti Şərq döyüşlərinin dərindən öyrədilməsinə yönəlib. Bunun nümunəsi olaraq bu yaxınlarda Azərbaycan Coriyo Kung Fu Federasiyası Yevlax şəhərində rayonlararası turnir keçirib. Bu klub həmin yarışda üç idmançı ilə təmsil olunub. İdmançılardan Əliyev Vəli və Soltanov Məhəmmədəli müxtəlif çəkilər üzrə I yer, Aslanlı Fərid isə II yerə layiq görülüb. İdmançılar federasiyanın diplom və medalları ilə təltif olunub. Klubun direktoru və məşqçisi, müəllim Mehman Məlikov Azərbaycan Coriyo Kung Fu Federasiyasının Mingəçevir şəhəri üzrə rəsmi nümayəndəsi sertifikatı ilə təltif olunub.
Qeyd edək ki, yarışda I yerə layiq görülmüş Soltanov Məhəmmədəli 28 oktyabr 2002-ci ildə Mingəçevir şəhərində anadan olub. Hazırda Mingəçevir şəhər 3 saylı orta məktəbin 7-ci sinif şagirdidir. Xatırladaq ki, bu onun ilk qələbəsi deyil. Çünki o, respublikada keçirilən yarışlarda dəfələrlə qələbə qazanıb.
O, dərslərində də fəallıq göstərir və məktəbin əlaçılarından biridir. Həmçinin tarda və fortepianoda ifa edir.
Məhəmmədəlinin arzusu gələcəkdə Olimpiya çempionu olmaqdır. O, hər zaman deyir: “İdmançı gərək dilini, dinini və mədəniyyətini hər kəsdən yaxşı bilsin, çünki o, öz Vətənini təmsil edir”.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info