İspaniya mediası: “BMT qətnamələrinə uyğun olaraq Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərini tərk etməlidir”
Tarix: 14.09.2018 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayır
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə sentyabrın 17-dən 22-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb olunacaq. Təlimlər zamanı eşelonlaşdırılmış düşmən müdafiəsinin tanklar vasitəsilə müxtəlif istiqamətlərdə yarılması, Qarabağ ərazisindəki Ermənistan hərbi qruplaşmalarının, eləcə də onun ön xətt qüvvələrinin darmadağın edilməsi, düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərin raket-artilleriya və aviasiya zərbələri ilə məhv edilərək ərazilərimizin azad edilməsi üzrə tapşırıqlar yerinə yetiriləcək. Təlimlərdə, həmçinin son illər ərzində Azərbaycan Ordusunun silahlanmasına qəbul edilmiş ən yeni hərbi texnika və silahlara şəxsi heyətin yiyələnmə vərdişləri yoxlanılacaq.

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərə başlaması İspaniya mətbuatının diqqət mərkəzində
Qeyd edək ki, İspaniyanın nüfuzlu “La Vanguardia”, “El Confidencia”, “El Diario”, “El Diario Vasco” qəzetlərinin elektron versiyalarında Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərə başlaması ilə bağlı məqalə yayılıb. EFE agentliyinə istinadən yayılan məqalədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bununla bağlı məlumatına yer verilib. Qeyd edilib ki, sentyabrın 17-dən Azərbaycan Ordusu genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçirəcək. Sentyabrın 22-dək davam edəcək təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb olunacaq. Təlimlər zamanı eşelonlaşdırılmış düşmən müdafiəsinin tanklar vasitəsilə müxtəlif istiqamətlərdə yarılması, Qarabağ ərazisindəki Ermənistan hərbi qruplaşmalarının, eləcə də onun ön xətt qüvvələrinin darmadağın edilməsi, düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərin raket-artilleriya və aviasiya zərbələri ilə məhv edilərək ərazilərimizin azad edilməsi üzrə tapşırıqlar yerinə yetiriləcək. İspan mətbuatı diqqətə çatdırır ki, Müdafiə Nazirliyinin məlumatında təlimlərdə, həmçinin son illər ərzində Azərbaycan Ordusunun silahlanmasına qəbul edilmiş ən yeni hərbi texnika və silahlara şəxsi heyətin yiyələnmə vərdişlərinin yoxlanılacağı da bildirilir. Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da ətraflı məlumat verilir. Bildirilir ki, Ermənistan zor tətbiq etməklə Azərbaycanın Dağlıq Qarabağ regionu ilə yanaşı, “bufer zona” adı altında ölkənin digər rayonlarını da işğal edib. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi 4 qətnaməyə uyğun olaraq Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərini tərk etməlidir, əks təqdirdə, Azərbaycan işğal altındakı ərazilərinin azad edilməsi üçün hərbi gücdən istifadə etməli olacaq. Cari ilin iyun ayında keçirilmiş hərbi paradda çıxışı zamanı Ermənistanın nə iqtisadi, nə də hərbi cəhətdən Azərbaycanla müqayisə edilə bilməyəcəyini qeyd edən Prezident İlham Əliyev bildirib ki, Ermənistan bunu nə qədər tez anlasa, onun üçün o qədər yaxşıdır.

Amerikalı ekspert: “Bu cür bəyanatlar ritorik xarakter daşıyır, amma aydındır ki, nizamlama prosesini də çətinləşdirir”

Qeyd edək ki, Ermənistanda da hərbi təlimlər keçirilir. Həmin təlimləri dəyərləndirən amerikalı siyasi analitik, “Gulf State Analytics”in Vaşinqtondakı baş müşaviri Teodor Karasik “Trend”ə bildirib ki, Ermənistanın Azərbaycana müharibə elan etməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini çətinləşdirir. Ekspert qeyd edib ki, Yerevan “Şant-2018” təlimlərinə Ermənistan və Rusiya prezidentlərinin görüşündən dərhal sonra, ölkənin siyasi həyatındakı gərginlik fonunda başlayıb: “Bu cür bəyanatlar ritorik xarakter daşıyır, amma aydındır ki, nizamlama prosesini də çətinləşdirir. Ona görə də münaqişə həm kiberməkanda, həm də real həyatda davam edəcək”. Qeyd edək ki, Ermənistan parlamenti “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana şərti müharibə elan etmişdi. Müvafiq məlumat parlamentin saytında yerləşdirilmişdi.

Erməni hərbçi Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin yalanlarını üzə çıxarıb


İşğalçı ölkə hərbi təlimlər keçirməsinin bir məqsədi də diqqəti ölkədəki vəziyyətdən yayındırmaqdır. Son proseslər göstərir ki, Ermənistanı ağır günlər gözləyir. Bunu təsdiq edən faktlardan biri də budur ki, Ermənistanın Hərbi Polisinin əməliyyat şöbəsinin keçmiş əməkdaşı, ölkəsində siyasi təqiblərə dözməyərək hazırda Avropada mühacirət həyatı yaşayan Vardan Gukasyan Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Artak Davtyanın yalanlarını üzə çıxarıb. Analitik Ehtiram Aşırlı AZƏRTAC-a bildirib ki, Ermənistan ordusunun rəsmisi A.Davtyan 2008-ci il 1 mart hadisələri ilə bağlı absurd bəyanatla çıxış edib. A.Davtyan bildirib ki, ordu heç kəsə güllə atmayıb. Əgər atəş açılıbsa, bunu başqa adamlar edib. Bu məsələdə bütövlükdə ordunun adını çəkmək düzgün deyil. Orduya bu cür əmr verilməmişdi. Məhz bu ağ yalan həqiqətləri xalqına çatdırmaq istəyən V.Gukasyanı özünün şəxsi “Youtube” kanalında videomüraciət yerləşdirməsinə məcbur edib. O bildirib ki, 1 mart hadisələri ilə bağlı aparılan araşdırma proseslərini yaxından izləyən bir şəxs kimi hazırda fəaliyyətdə olan baş qərargah rəisinin verdiyi açıqlama onu təəccübləndirib. “Mən 2008-ci ildə Hərbi Polisin əməliyyat şöbəsinin zabiti olaraq 1 mart hadisələrində meydanda olmuşam. Mərkəzi meydanı Vazgen Sarkisyan adına ali məktəbin kursantları və hərbi polis qoruyurdu. Hökumət binasında Qarabağdan gətirilən hərbi qulluqçuların da olduğunun şahidiyəm”, - deyə keçmiş hərbi polis əməkdaşı bildirib. V.Gukasyan onu da qeyd edib ki, Qarabağdan gətirilən xüsusi təyinatlı dəstə 20 gündən artıq müddətdə hökumət binasında yerləşdirilib. E.Aşırlının sözlərinə görə, bununla yanaşı, V.Gukasyan öz şəxsi kanalındakı canlı yayımda həmin dövrdə 4-cü korpusun Araratda yerləşən alayının şəxsi heyətinin bir hissəsinin Naxçıvan istiqamətindəki mövqelərdən çıxarılaraq İrəvana gətirilməsindən, həmçinin Qarabağdan qüvvələrin bir qisminin hökumət binasının qarşısında yerləşdirilməsindən də bəhs edib. O deyib: “Həmin dövrdə hərbi polis rəisi Vladimir Qasparyan binadan çıxaraq hamımıza prezidentin əmr imzaladığını çatdırdı. Prezidentin adından deyirəm ki, xalq “Marriot” mehmanxanası tərəfdən göründüyü anda atəş açın. Ancaq insanların ayaqlarını nişan alın. Qarabağdan gətirilən xüsusi təyinatlı dəstə bu işdə fəallığı ilə seçilib. İndi baş qərargah rəisi hansı əsasla nə danışır bilmirəm, ancaq Qarabağdan qoşun gətirilib və onlar 20 gündən artıq müddətdə İrəvandakı hökumət binasında olublar”. Beləliklə, növbəti dəfə Ermənistan Müdafiə Nazirliyi və silahlı qüvvələr rəhbərliyinin 2008-ci il 1 mart hadisələri ilə bağlı erməni xalqına danışdığı yalanlar ifşa olunub. Bu da onu göstərir ki, Ermənistanın baş naziri Nikol Paşinyan və onun hökumətinin 1 mart hadisələri ilə bağlı apardığı araşdırmalar həqiqətlərə uyğun deyil, o, sadəcə, xalqı aldatmağa və öz hakimiyyətini möhkəmləndirməyə yönəlib.

A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.10.2018
ABŞ mətbuatı Ermənistanın işğalçılıq siyasətini ifşa edib
17.10.2018
“Ermənistanın dayanıqlı inkişafa nail olması mümkün deyil”
16.10.2018
“Ermənistan sülhə könüllü olaraq getmək istəmirsə, buna məcbur edilməlidir”
15.10.2018
“Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalıdır”
12.10.2018
Pakistan Prezidenti: “Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistan Ermənistanı dövlət kimi tanımır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10285

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info