İran iqtisadiyyatının böhrandan çıxış yolu varmı?
Tarix: 16.09.2018 | Saat: 22:49:00 | E-mail | Çapa göndər



İran ilə ABŞ-ın münasibətlərinin gərginləşməsi və iqtisadi qadağaların bərpa edilməsi rəsmi Tehranı çıxış yolları axtarmağa vadar edib. Bəzi xarici informasiya vasitələri çox bədbin proqnozlar verərək İranda rejimin dəyişməsinin baş verə biləcəyini bildirirlər. Lakin proseslərə nəzərə saldıqda hadisələrin heç də bu səviyyəyə çatmayacağını görərik.

Düzdür, İranın milli valyutasının dollara nisbətdə xeyli zəifləməsi ilkin tələbat mallarının qiymətlərinin yüksəlməsinə səbəb olub. Lakin eyni prosesləri yaşayan Argentina və Venesuela kimi dövlətlər ilə müqayisədə İranda ərzaq, dərman qıtlığı müşahidə edilmir ki, bu da İranın güclü iqtisadi potensialı və istehsal həcminin böyük olması ilə bağlıdır. Misal üçün, cari ilin ötən 5 ayında İranın xam neft ixracından əldə etdiyi gəlir 60,7 faiz artıb. Xam neftin əsas alıcıları Çin, Hindistan, Yaponiya və Cənubi Koreya olub. İranın Türkmənistan ilə ticarət dövriyyəsi 60 milyard, Əfqanistan ilə isə 13,4 milyard dollara yüksəlib. İraqa ixrac olunan malların həcmi isə 1,777 milyard dollara çatıb. Göründüyü kimi, iqtisadi sanksiyalara baxmayaraq, İranın ixrac potensialı normal səviyyədə qalır və bu, ölkəyə valyuta axınını təmin edir.
Digər tərəfdən, İran birinci dəfə deyil ki, iqtisadi sanksiyalar ilə qarşılaşır. Bu ölkənin iqtisadiyyatı artıq beynəlxalq qadağalara uyğunlaşıb. Hələ 1980-ci ildən tətbiq edilən sanksiyaların nəticəsi olaraq, İranda bütün növ istehsalın həcmi artıb. Ərzaq məhsulları, tibbi ləvazimatlar, avtomobil, neft məhsulları yerli istehsaldan ibarətdir və bütün ölkəni təmin edir. Bu gün bölgə ölkələri arasında yanacağın ən ucuz qiyməti İrandadır.
Enerji, neft-qaz, avtomobil sənayesinə, yeni texnologiyalar sahəsinə investisiya qoymağa hazırlaşan Qərb şirkətləri sanksiyalar ucbatından İranı tərk etsələr də, perspektivdə digər sahələrin inkişafı üçün imkanlar var. Misal üçün, Yaponiyanın Turizm Agentlikləri Assosiasiyasının prezidenti Tadoşi Şimura İranın səfiri Mütəzir Rəhmani ilə görüşündə bildirib ki, yaponlar Yəzd, Persapolis, Şiraz, İsfahan, Həmədan kimi şəhərlərə səyahət etmək istəyirlər. Turizm sahəsində iki ölkə arasında əlaqələrin qurulmasının əhəmiyyətini vurğulayan T. Şimura bunun hər iki ölkənin iqtisadiyyatının inkişafına təkan verəcəyini bildirib. Turizm isə elə bir sahədir ki, onun inkişafı büdcəyə valyuta axınını təmin edir. Sadəcə olaraq, İranın müvafiq sahəyə məsul olan məmurları bu şansdan səmərəli istifadə edərək ölkədə infrastruktur yaratmalıdırlar.
Dünya iqtisadiyyatının nəhəngi hesab edilən Çin də İran ilə əməkdaşlığını davam etdirmək niyyətində olduğunu bildirib. Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Tao İranın Beynəlxalq Əlaqələr Strategiyası Şurasının rəhbəri Kamal Xərrazi ilə görüşündə bildirib ki, hər iki ölkənin əməkdaşlığı yeni çağırışlara (təhdidlərə) yaxşı cavab olar. Çin İranın Çabahar limanının inkişafında maraqlıdır. Bu liman vasitəsilə Çin Fars körfəzi ölkələri ilə ticarət əlaqələrini genişləndirər. Belə olan halda isə İran tranzit gəlirləri əldə edə bilər. Yeri gəlmişkən, nəzərə çatdıraq ki, Hindistan da Çabahar limanının yenidən qurulması üçün İrana 2 milyard dollar həcmində kredit ayırıb. Rəsmi Dehli bu liman vasitəsilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulub Avropa ölkələri ilə idxal-ixrac əməliyyatlarını həyata keçirmək fikrindədir. Bildiyimiz kimi, Hindistandan və digər Cənub-Şərqi Asiya ölkələrindən mallar İranın Çabahar və Bəndər Abbas limanlarına gətiriləcək, buradan isə Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu ilə Azərbaycan ərazisindən Rusiya və Avropa ölkələrinə ixrac ediləcək. İdxal mallarının bu yolla əks istiqamətdə daşınacağını da nəzərə alsaq, tranzit gəlirin artacağına şübhə etməmək olar.
Bunlardan başqa, bu günlərdə Almaniya hökuməti bəyanat yayaraq İran ilə iqtisadi əlaqələri davam etdirmək üçün yeni variantlar üzərində iş aparıldığını bildirib. Reuters agentliyinin məlumatına görə, Almaniya ABŞ-ın sanksiyalarından yayınaraq İran bazarında fəaliyyətini davam etdirmək qərarına gəlib. Bunun üçün Almaniya, ilk növbədə, beynəlxalq ödəniş sistemindən kənarda xüsusi ödəniş sistemi yaratmaq niyyətindədir. Maliyyə vəsaitlərinin xüsusi sistemlə bank hesablarına köçürülməsi isə sanksiyalardan kənar olacaq.
Beləliklə cari il noyabrın 4-də ABŞ yeni və daha kəskin sanksiyalar tətbiq etmək niyyətini çoxdan açıqlayıb və bu sanksiyaları pozanları ciddi şəkildə hədələyib. Lakin göründüyü kimi, İranın iqtisadi böhrandan çıxış yolları var. Sadəcə olaraq, bu yollardan səmərəli istifadə etmək lazımdır.




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Perudakı Ubinas vulkanının püskürməsi ilə əlaqədar 1000-dən çox sakin təxliyə edilib
20.07.2019
Səudiyyə Ərəbistanı ölkədə ABŞ hərbi kontingentini yerləşdirməyə hazırdır
20.07.2019
Britaniyanın XİN rəhbəri İranı tankerlərin saxlanılmasının nəticələri barədə xəbərdar edib
20.07.2019
ABŞ Venesuelaya qarşı sanksiyalar siyahısını genişləndirib
20.07.2019
Böyük Britaniya Hörmüz boğazında tankerin saxlanılmasından olduqca narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info