“Fənərbağça” beşinci turda qalib gəlib
Tarix: 17.09.2018 | Saat: 00:15:00 | E-mail | Çapa göndər



Futbol üzrə Türkiyə Superliqasının beşinci turunda “Fənərbağça” komandası səfərdə "Konyaspor"la qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda yeganə qolu meydan sahiblərinin qapısından matçın 67-ci dəqiqəsində “Fənərbağça”nın futbolçusu Elif Elmas keçirib. Beləliklə Türkiyə futbolunun liderlərindən biri “Fənərbağça” yeni mövsümdə çempionatda üç ardıcıl məğlubiyyətdən sonra beşinci turda qalib gəlib.
Bu qələbə sayəsində fənərbağçalılar xallarının sayını 6-ya çatdıraraq lider "Qalatasaray"la arasındakı xal fərqini azaldıb.
Qeyd edək ki, bu turda keçirilmiş oyunlarda çempionluğa iddialı komandalardan “Qalatasaray", "Beşiktaş" və Başakşehir” rəqiblərini məğlub edərək üç xala sahib olublar.
Tura "Alanyaspor"- "Trabzonspor” görüşü ilə yekun vurulacaq. Hazırda "Qalatasaray", "Başakşehir" və "Kasımpaşa" komandaları 12 xalla çempionatda birinci, ikinci, üçüncü yerləri bölüşürlər. "Beşiktaş" isə turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
17.10.2018
İki boksçumuz Avropa çempionu olub, biri 3-cü yeri tutub
17.10.2018
UEFA Millətlər Liqasının dördüncü turuna yekun vurulub
16.10.2018
Azad Rəhimov Avropa Şurası idman nazirlərinin toplantısına qatılıb
16.10.2018
UEFA Millətlər Liqası: İngiltərə-İspaniya oyununda beş qol

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10264

1 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info