Mina Abbasova növbəti qələbəsini də Azərbaycana həsr etdi
Tarix: 17.09.2018 | Saat: 11:53:00 | E-mail | Çapa göndər


15-16 sentyabr Polşanın Katoviç şəhərində Bədii gimnastika üzrə IX Beynəlxalq "Qızıl gürz-2018`` kuboku uğrunda yarış kecirilib.
Polşa ilə yanaşı, Macarıstan, Ukrayna, Cexiya, Belarusiyanın müxtəlif şəhərlərindən 18 klubun mübarizə apardığı turnirdə
Azərbaycanı həmyerlimiz, 8 yaslı gimnast Mina Abbasova təmsil edib.
O, çoxnövçülük yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala layiq görülüb, həmçinin, alətsiz hərəkətlərdə 1-ci, halqa ilə hərəkətlərdə isə, 2-ci pillədə qərarlaşıb.
Beləliklə, Mina Abbasova bu gərgin mübarizədə 3 medal (2 qızıl və bir gümüş) qazanmağa müvəffəq olub.

Qeyd edək ki, Mina Abbasova 5 yaşından başlayaraq iştirak etdiyi bütün beynəlxalq yarışlarda valideynlərinin işi ilə bağlı müvəqqəti yaşadığı ölkəni – Macarıstanı təmsil etsə də, bu ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi “Gracia” kuboku turnirindən sonra Azərbaycan bayrağı altında çıxış edir.

Balaca qəlbində böyük vətən sevgisi daşıyan, istedadlı gimnastımız Mina Abbasovanın məşqçiləri hələ ötən yarışlardan onun arzu-istəyini, qazandığı uğurları nəzərə alaraq Azərbaycanı təmsil etməsi üçün icazə veriblər.
Şirin və gözəl simalı, balaca gimnast Azərbaycanı qürbət eldə digər millətlərin nümayəndələrinə, xüsusi ilə də, müəllimlərinə və həmyaşıdlarına sevdirə bildiyi üçün özünü çox xoşbəxt sayır.

.




 
Bölməyə aid digər xəbərlər
09.12.2018
Futbol üzrə Azərbaycan Premyer Liqasının 14-cü turuna yekun vurulub
09.12.2018
İspaniya La Liqası: Kataloniya derbisində dörd qol vurulub
09.12.2018
“Mançester Siti”nin məğlubiyyətsizlik seriyasına son qoyulub
08.12.2018
Türkiyə Superliqası: “Qalatasaray” komandası öz meydanında xal itirib
08.12.2018
Qurbanov istefa verdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info