“Söyün Sadıqov bazar adamıdır”
Tarix: 29.06.2013 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov "Azerros"un keçmiş prezidenti, Rusiya Milli Birlik Partiyasının təsisçisi Söyün Sadıqovu bazar adamı adlandırıb.
S.Novruzov jurnalistlərə açıqlamasında deyib ki, Söyün Sadıqov sırf bazar adamıdır, sadəcə bazar, kababçılıq və sair belə işlərlə məşğul olan adamdır: "Ümumiyyətlə, Söyün Sadıqovun Azərbaycanda seçkilərlə bağlı şərhləri çox savadsız üslubdadır". S.Novruzov bildirib ki, Sadıqovun əsas marağı aranı qarışdırmaqdır: "Özü hərdən bir gedir Gürcüstana, orada da aranı qarışdırmaq istəyir və sair. O, bir sözlə, Rusiya hakimiyyətinə yarınmaq istəyir ki, öz biznes şəbəkəsini genişləndirsin, biznesinin toxunulmazlığı üçün hansısa bir dəstək əldə etsin". S.Novruzov onu da əlavə edib ki, Sadıqov Azərbaycan vətəndaşı deyil və Azərbaycanda bir dəfə də olmayıb: "O, Azərbaycan haqqında nə düşünə bilər və nə danışa bilər? Bu baxımdan da onun ətrafında olan 5-6 bazar adamının arasında hörməti ola bilər. O, nə Azərbaycanda, nə də Gürcüstanda hansısa bir hörmətə layiq olan adam deyil".




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info