“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”
Tarix: 17.09.2018 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


“Nezavisimaya qazeta”: “Berdıməhəmmədov Soçidə keçirilən görüşdə ölkəsinin Xəzərin dibi ilə çəkiləcək boru kəməri ilə TANAP-a qoşulmasını müzakirəyə çıxarıb”

Türkmənistan dövlət başçısı Qurbanqulu Berdıməhəmmədov ABŞ-a səfər edəcək. Sentyabrın 29-dan oktyabrın 2-nə qədər Birləşmiş Ştatlarda səfərdə olacaq Türkmənistan dövlət başçısı BMT Baş Assambleyasının sessiyasında iştirak edəcək. O, səfər çərçivəsində ABŞ rəsmiləri ilə bir sıra görüşlər keçirməyi planlaşdırır. Türkmənistan - ABŞ İş Şurasının iclasında müzakirə olunacaq məsələlər Aşqabad üçün mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, Türkmənistan bir sıra iqtisadi çətinliklər yaşayır. “Nezavisimaya qazeta” nəşri yazır ki, ölkənin maliyyə və ərzaq böhranını həll etmək mümkün olmur. Ən vacib ərzaq məhsulları olan un, çörək, şəkər növbələrinin sonu görünmür. Bir çox hallarda isə növbələrin sonu dava-dalaşla başa çatır. Türkmənistanın avans kimi Çindən aldığı vəsaitlər isə Asiya Oyunlarının keçirilməsinə, bir sıra infrastruktur layihələrinə sərf edilib. TAPİ layihəsindən (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) sürətli şəkildə gəlir əldə etmək planları da baş tutmayıb. Ekspertlər və layihənin səhmdarları bildirirlər ki, bu layihə ilə bağlı ölkə gəlir qazanacaq, amma bir müddət sonra. Türkmənistana isə iqtisadi problemlərini həll etmək üçün vəsait – valyuta lazımdır. Pekin-Aşqabad xəttində də işlər tam qaydasında deyil. Doğrudur, Çin Türkmənistana kreditlər verir. Amma rəsmi Pekin bunun müqabilində Türkmənistanın qaz yataqlarında Çin biznesinin çəkisinin artırılması ilə bağlı planları reallaşdırmağa tələsmir. Nəşr yazır ki, Berdıməhəmmədovun Rusiya dövlət başçısı Vladimir Putinlə keçirdiyi görüşdə də istənilən nəticəni əldə etmək mümkün olmayıb. Berdıməhəməmdov-Putin görüşü təkbətək şəkildə Soçidə keçirilib. Rəsmi versiyalara görə iki prezident siyasi, ticarət-iqtisadi, elm-təhsil, və mədəniyyət-humanitar sferalarda əməkdaşlıq potensialını və aktual regional problemləri müzakirə ediblər. Amma qeyri-rəsmi məlumatlarda qeyd edilir ki, dövlət başçıları Aşqabadın TANAP qaz boru xəttinə qoşulması məsələsini müzakirə ediblər. Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə mümkün çıxış yolu kimi baxır. Bunun başqa bir səbəbi Türkmənistanın qaz ixracının təxminən 60 faizinin iflasa uğraması ilə bağlıdır. Çin və İrana ixrac olunan qazda ciddi azalma yaranıb. Rusiyalı ekspert, siyasi elmlər doktoru, İqor Pankratenko hesab edir ki, Türkmənistan dövlət başçısı təslim olmaq fikrində deyil. Onun əlində vəziyyətdən çıxmaq üçün iki “kozır” var: “Berdıməhəmmədovun əlində xarici tərəfdaşlara təqdim etmək üçün minimum iki “kozır” var. Onlardan biri artıq Moskvaya təqdim edilib. İkinci “kozır” isə Vaşinqtona təqdim ediləcək. Berdıməhəmmədov Soçidə keçirilən görüşdə ölkəsinin Xəzərin dibi ilə çəkiləcək boru kəməri ilə TANAP-a qoşulmasını müzakirəyə çıxarıb. Vaşinqtona isə “Çin müqavilələri”nin əleyhinə olaraq TAPİ-də aktiv iştirak və ya əksinə olan variant təklif ediləcək”. Ekspert hesab edir ki, Türkmənistan dövlət başçısının bu addımlarının nəticəsini çox da gözləmək lazım gəlməyəcək. ABŞ - Türkmənistan İŞ Şurasının iclasında bu məsələlərlə bağlı yekun rəyə gəlinəcək. Bu il yayın əvvəlində ABŞ -Türkmənistan İş Şurasının rəhbəri Erik Stüart Aşqabadda səfərdə olub. Həmin səfər zamanı Stüart bəyan edib ki, ABŞ investisiyası Türkmənistana cəlb edilə bilər. Bunun üçün Birləşmiş Ştatlara Türkmənbaşı dəniz limanından istifadə imkanları yaradılmalıdır. Tarix elmləri doktoru Şohrat Kadırov nəşrə dəyərləndirməsində bildirib ki, ABŞ-Türkmənistan əməkdaşlığının kulminasiya nöqtəsi ABŞ-ın Xəzərdə peyda olması ola bilər. Başqa formada Aşqabad Vaşinqton üçün maraq kəsb etmir.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Mərakeşdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib
11.12.2018
Xaricdəki soydaşlarımız anım tədbirləri keçiriblər
11.12.2018
Müxalifət Ermənistandakı saxta seçkiləri niyə təqdir edir?
11.12.2018
General Körtis Skaparotti: NATO Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir
11.12.2018
Sovet televiziyasının əfsanəvi rejissoru dahi lider haqqında

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info