Murad Həsənli: “Bir qrup gənclə qan verməyi planlaşdırmışıq”
Tarix: 17.09.2018 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


Bu il Məhərrəm ayı başlayandan dini kəsim əvvəlki illərdə olduğu kimi, bu müqəddəs ayı bir çox ölkələrə nümunə olacaq formada qeyd edir. Aşura günündə də dindarların yanlış, arzuolunmaz hərəkətlərə yol verməyəcəyi bildirilir. Bununla bağlı artıq müvafiq dövlət qurumlarının tövsiyə və tapşırıqları da mövcuddur, zaman-zaman aidiyyəti qurumlarla yanaşı, QHT-lər və digər təşkilatlar maarifləndirici tədbirlər də keçirirlər. Bu istiqamətdə daha çox gənclərin maariflənməyə ehtiyacı var. Onların Aşura günündə, hələ də tək-tük rastlanan qançıxarma kimi köhnə, arzuolunmaz adətlərə əməl etmələri əvəzinə, qanvermə aksiyalarına qoşulmaları daha məqbul olardı. Bu istiqamətdə isə daha çox bölgələrdə maarifləndirmə işlərinə ehtiyac var. Elə müsahibim Sabirabad Rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə baş məsləhətçisi, 3-cü dərəcəli dövlət qulluqçusu, Sabirabad Regional Debat Mərkəzinin sədri Murad Həsənli də deyir ki, gənclərimiz dini olduğu kimi qəbul etməli, yanlış, sonradan müəyyən məqsədlər üçün dinə gətirilən bəzi adətlərdən uzaq qalmalıdırlar. Müsahibim onu da qeyd etdi ki, Məhərrəm ayının başlanması ilə ölkədə nəinki dini kəsim, bütün vətəndaşlar dini adətlərə hörmətlə yanaşır, dindarlar isə dini qaydalara uyğun mərasimləri keçirirlər. Əvvəlki illərdə müşahidə edilən bəzi neqativ hallar isə, demək olar ki, müşahidə edilmir. O, bu ayda Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müvafiq tövsiyə və tapşırıqlarına əməl edilməsini də vacib saydı: “Hər il olduğu kimi, bu il də Məhərrəm ayının başlaması və Aşura günü ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi fətva verdi. Öncə onu vurğulamaq istərdim ki, məlum fətvada diqqətçəkən bir sıra məqamlar var. Fətvada Aşuradan istifadə edib qarışıqlıq yaratmaq və ya hansısa arzuolunmaz hərəkətlərə yol verib, qadağan olunmuş ərazilərdə tədbirlərə cəhd etmək istəyənlərə qarşı təbdir görülməsinin vacibliyi vurğulanır.
Çünki uzun illər ölkəmizdəki demokratik mühit, tolerantlıq və dini dözümlülükdən istifadə edən bəzi qüvvələr olub ki, onlar da zaman-zaman bəzi gənclərin beyinlərinə yol tapmağa cəhdlər ediblər. Əvvəla, Azərbaycan xalqını hansısa təxribata çəkmək mümkün deyil. Bundan başqa, Azərbaycan xalqının İslama inancı ekstremist stereotiplərdən kənardır. Burada minillik ənənə var.
Dünyada din və dövlət müsibətləri daha fərqli müstəviyə girib. Postindustrial cəmiyyətdə informasiya selinin qabağında din qədim dəyərli bir fenomen kimi dayanır. Sivil dünyada və ölkəmizdə din dövlətdən ayrılıb. Amma din dövlətdən ayrılsa da, bu, vətəndaşların inancı, bir çoxlarının sırf yaşam tərzi olduğundan, sosial statusda bir sosial hərəkətə və gerçəklik yaratmağa meyillənib. Bu zaman dövlətdən ayrılan din vətəndaş vasitəsilə daxili münasibətlərdə önəmli faktora çevrildiyindən, dövlət artıq bu sosial reallığa adekvat bir siyasət yeritməli olur. Azərbaycanda bu proses, bəlkə də, ən nümunəvi şəkildə gedən prosesdir. Yəni digər ölkələr bizim ölkədəki məlum dini siyasətə baxıb özlərinə nümunə götürə bilərlər. Aşura günü önəmli gündür. Belə bir günü hansısa yanlış hərəkətlərlə qeyd etmək əvəzinə, daha savablı, daha nümunəvi bir tədbirlər, aksiyalarla qeyd etmək məqbul sayılardı. Həmin gün baş yarmaq, qan çıxarmaq və ya zəncir vuraraq özünə əzab vermək əvəzinə, ehtiyacı olanlara qan vermək daha məqsədəuyğundur. Çalışdığım vəzifə etibarilə gənclərlə tez-tez görüşlərim olur, bu barədə müəyyən söhbətlər də aparırıq. Çünki gənclərin sözügedən məsələdə düzgün maariflənməsinə ehtiyac var. Şəxsən özümə gəldikdə isə Aşura günü bir qrup gənclə qan verməyi planlaşdırmışıq”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.10.2018
Astaranın Səncərədi kəndində körpələr evi-uşaq bağçası üçün yeni bina tikilib
16.10.2018
Lənkəran Dövlət Universiteti üçün yeni yataqxana binası tikilir
16.10.2018
Qusarın üç kəndində modul tipli məktəb binaları istifadəyə veriləcək
16.10.2018
9083 nəfərə reabilitasiya xidmətləri göstərilib
16.10.2018
Məşğulluq orqanları əməkdaşları üçün peşəyönümü işinə dair təlimlərə başlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10258

1 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 “Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info