Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”
Tarix: 17.09.2018 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayıb
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, sentyabrın 22-dək davam edəcək təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb edilib. Keçirilən təlimlərə rəhbərlik etmək üçün müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlər keçirilən bölgəyə gedib. Müdafiə naziri müxtəlif poliqonlar və təlim sahələrində keçirilən təlimin ssenarisinə uyğun olaraq qarşıya qoyulan məqsəd və vəzifələr barədə məruzələri dinləyib. Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə və təlim iştirakçılarına bir daha çatdıran müdafiə naziri genişmiqyaslı əməliyyat-taktiki təlimlərin təşkili və keçirilməsi ilə bağlı müvafiq göstərişlər verib.

“Geniş hərbi təlimlər Ermənistan rəhbərliyi və cəmiyyətində narahatlıq və qorxu yaradıb”

Analitik Ehtiram Aşırlı AZƏRTAC-a bildirib ki, Azərbaycan Ordusu geniş hərbi təlimlərə başlamaqla Ermənistan rəhbərliyi və cəmiyyətində narahatlıq və qorxu yaradıb. E.Aşırlının sözlərinə görə, Azərbaycan Ordusunun təlimlərinə qatılan şəxsi heyət və hərbi texnika Ermənistan cəmiyyətinin həyəcanlanmasına səbəb olub: “Bu genişmiqyaslı təlimlər regionda analoqu görülməyən hərbi təlimlərdən biridir. Azərbaycan Ordusu hərbi-texniki imkanlarına görə regionda yalnız Rusiya ordusundan sonra belə təlimlər keçirmə potensialına sahibdir. Hesab edirəm ki, bu təlimlər Ermənistan hökuməti üçün Azərbaycanın son xəbərdarlığı ola bilər. Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirməklə hər zaman müharibəyə hazır olduğunu göstərib. Biz bunu xüsusilə Aprel döyüşlərində və Günnüt əməliyyatlarında əldə edilən uğurların timsalında şahidi olduq. Digər tərəfdən, Nikol Paşinyan qeyd edir ki, heç bir güzəştə getməyəcək. Bunlar danışıqların pozulmasına yönəlmiş addımlardır. ATƏT-ın Minsk qrupunun həmsədrləri səssizliyini qoruyurlar və Ermənistan hökumətinin danışıqlardan yayınmaq cəhdinə heç bir reaksiya vermirlər. Görünür, Qərb münaqişənin həllində maraqlı deyil. Lakin Azərbaycan tərəfi də bu səssizliyini çox qorumaya bilər. Hazırda Ermənistanın baş nazirinin Qarabağ danışıqlarından yayınmaq cəhdləri Azərbaycana imkan verir ki, növbəti əks-hücumla bir neçə rayonu işğaldan azad etsin. Azərbaycan Ordusu çevik hərbi əməliyyatlara başlayarsa, Aprel döyüşlərində və Günnüt əməliyyatlarında olduğu kimi, Ermənistan ordusu növbəti dəfə ordumuzun gücünə yaxından bələd olacaq”.

“..bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”

Qeyd edək ki, Ukraynanın kütləvi informasiya vasitələri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı təxribatı barədə məlumatlar yayıb. “Rbc.ua” “112.ua” saytlarında yayılan məlumatlarda Ermənistan silahlı qüvvələrinin bölmələrinin müxtəlif çaplı silahlardan, o cümlədən artilleriya qurğusundan istifadə etməklə Tovuz, Tərtər və Ağdam rayonları istiqamətində mülki əhalini atəşə tutduğu bildirilir. Məlumatlarda deyilir: “Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təcili cavab tədbirləri nəticəsində düşmənin aktivliyinin qarşısı alınıb, düşmən tərəfində baş verən itkilər və dağıntıya görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”. Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin guya son günlər Ermənistan silahlı qüvvələri tərəfindən 3 Azərbaycan əsgərinin öldürülməsi barədə yaydığı məlumata münasibət bildirib. Qeyd edilir ki, düşmən tərəfinin yaydığı bu məlumat həqiqətə uyğun deyil, dezinformasiyadır və özlərinin verdiyi itkiləri ört-basdır etmək məqsədilə daxili auditoriya üçün tirajlanır. Azərbaycan tərəfindən fərqli olaraq, əksinə, son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib, lakin bunu bütün səylərlə ictimaiyyətdən gizlədir. O ki qaldı yaralanan erməni mülki şəxsə, Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusunun bölmələri mülki əhaliyə və yaşayış məntəqələrinə atəş açmır.

b>İspaniya KİV-ləri: “Prezident Ərdoğan Azərbaycanın ərazi bütövlüyünün bərpasına Türkiyənin dəstəyini bir daha vurğuladı”

Bu arada onu da qeyd edək ki, İspaniyanın nüfuzlu “El Confidencial” və “El Diario” qəzetlərinin elektron versiyasında “EFE” xəbər agentliyinə istinadən “Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə sadiq qaldığını bir daha vurğuladı” sərlövhəli məqalə yerləşdirilib. Məqalədə bildirilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə Türkiyənin sadiq qaldığını bir daha bəyan edib və vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll edilməyənədək Türkiyə-Ermənistan sərhədləri açılmayacaq. Türkiyə Prezidenti çıxışında bildirib ki, qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir. Qeyd edilir ki, bunu Türkiyə Prezidenti Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda bəyan edib. O, bu paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birlikdə iştirak edib. Bakı şəhərinin ən böyük meydanı olan Azadlıq meydanında çıxış edən R.T.Ərdoğan bildirib ki, Azərbaycanın sevinci Türkiyənin sevincidir, Azərbaycanın problemi Türkiyənin problemidir. İspan KİV-ləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından da sitatlar gətirib. Prezident vurğulayıb ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, Azərbaycan Respublikası öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biri olub. Məqalədə Bakının 100 il əvvəl azad edilməsi tarixindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, onun ağır nəticələrindən bəhs olunur. Qeyd edilir ki, Ermənistan ordusu zor tətbiq etməklə Azərbaycanın Dağlıq Qarabağ regionu ilə yanaşı, “bufer zona” adı altında digər rayonlarını da işğal edib.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
“Qondarma rejim tərəfindən vətəndaşların, həmvətənlərimizin hüquqları kobudcasına pozulub”
11.12.2018
“Türkiyə yalnız Azərbaycan ərazilərinin azad olunmasından sonra Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır”
10.12.2018
“Azərbaycan хalqının başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında ardıcıl tədbirlər həyata keçirilir”
07.12.2018
İnformasiya müharibəsində Azərbaycan gənclərinin uguru
06.12.2018
Milanda ATƏT Parlament Assambleyasının Büro iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Fransa XİN rəhbəri Trampı ölkənin daxili işlərinə qarışmamağa çağırıb
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info