Bu ildən Aqrar Universiteti fərqlənmə diplomu ilə bitirən tələbələr işlə təmin olunacaqlar
Tarix: 17.09.2018 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Aqrar Universitetində 2018/2019 tədris ilinin açılış mərasimi olub. Mərasimdə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov, nazirliyin müvafiq strukturlarının rəhbərləri də iştirak ediblər. Universitetin Mühəndislik korpusunun həyətində dərs ilinin başlanmasına həsr edilən tədbiri giriş sözü ilə təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb. Rektor universitetin maddi-texniki bazasının müasirləşdirilməsi və rəqabətədavamlı kadr hazırlığının təmin edilməsinə Kənd Təsərrüfatı Nazirliyinin verdiyi dəstəkdən danışıb, yeni dərs ilinə hazırlıqla bağlı görülən işlər barədə ətraflı məlumat verib. Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən aqrar siyasət kursunun nəticələri, qarşıda duran vəzifələr və bu vəzifələrin icrasında Azərbaycan Dövlət Aqrar Universitetinin rolu barədə danışıb, professor-müəllim və tələbələri yeni dərs ili münasibətilə təbrik edib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov isə çıxışında ölkədə aparılan uğurlu aqrar siyasətin nəticələrini qeyd edib, Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim və tələbələrinə yeni dərs ilində uğurlar arzulayıb. Daha sonra nazir İnam Kərimov kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı ixtisasları üzrə yüksək balla ADAU-ya qəbul olan tələbələrlə görüşüb. Nazir bildirib ki, Prezidentin tapşırığı və dəstəyi ilə bu ildən etibarən Azərbaycan Dövlət Aqrar Universitetini fərqlənmə diplomu ilə bitirmiş tələbələr ixtisasları üzrə işlə təmin olunacaqlar. Bu il ilk olaraq 13 belə tələbənin işlə təmin olunacağını deyən nazir növbəti ildən bu rəqəmin daha da artacağına ümidvar olduğunu deyib. Kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yaradıldığı barədə məlumat verən nazir İnam Kərimov qeyd edib ki, xidmətyönümlü fəaliyyət göstərəcək DAİM-lərin işinin uğurla təşkili bu mərkəzlərdə gənc, peşəkar kadrların çalışmasını zəruri edir və ADAU DAİM-lərin peşəkar kadrlarla təmin olunmasında baza rolunu oynaya bilər. Nazir İnam Kərimov Aqronomluq fakültəsində akademik Cəlal Əliyev adına auditoriyanın açılışında iştirak edib, ADAU-da yaradılmış heyvandarlıq, balıqçılıq, quşçuluq kompleksləri və istixanalarla, Baytarlıq korpusunun 2-ci və 3-cü mərtəbələrinin əsaslı təmirdən sonrakı vəziyyəti ilə, Tələbə Yataqxana Kompleksi, Aqrotexnologiya və İqtisadiyyat korpusu ilə tanış olub.

Anar




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
30-dan çox müəssisə 270 vakant iş yeri təklif edib
18.12.2018
Bu il 41 rayondan olan 151 fermerə 10 milyon manat kredit verilib
17.12.2018
Səyyar “ASAN xidmət” davam edir
15.12.2018
Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
14.12.2018
Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində struktur islahatı aparılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info