“Sabah.com.tr”:“İşğalçılar sərhədlərimizi açmamızı gözləməsinlər”
Tarix: 17.09.2018 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


Ərdoğan: “Qardaşlarımızın torpağının 20 faizini işğal altında saxlayan və 1 milyondan çox qardaşımızın öz evlərinə qayıtmalarına imkan verməyənlərin bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir”

Qafqaz İslam Ordusunun 100 illiyi ilə bağlı Bakıda təşkil olunan hərbi parad və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri qonşu ölkənin mediasında geniş işıqlandırılıb.

“Sabah.com.tr” saytı yazır ki, Prezident Rəcəb Tayyib Ərdoğan qardaş ölkə Azərbaycanın paytaxtı Bakının xilas edilməsi ilə bağlı keçirilən tədbirlərdə iştirak edib. Bakının düşmən qüvvələrindən xilas edilməsinin 100 illiyi ilə bağlı milli müdafiə naziri Hulusi Akar ilə birlikdə şəhərə gələn Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanıb. Sonra iki ölkə başçısı arasında görüş keçirilib. Görüşdə ikitərəfli əlaqələr, Türkiyəyə istiqamətli valyuta əməliyyatı və regional inkişaf məsələləri müzakirə edilib. Ərdoğan daha sonra ulu öndər Heydər Əliyevin məzarını və Türkiyə və Azərbaycan şəhidliyini ziyarət edib. Azadlıq meydanında keçirilən mərasimlərdə iştirak edən Ərdoğan çıxışında bildirib ki, 15 sentyabr 1918-ci ildə baş verənlər adi bir hadisə deyil: “Burada bir əsr əvvəl aparılan mübarizəmiz qardaşlığımızın, dostluğumuzun, birliyimizin simvoludur. Nuru Paşanın və onun əsgərlərinin minlərlə kilometr uzaqdan Bakıya gəlmələrinin mənasını anlamadan, biz Azadlıq meydanında bu həmrəyliyi başa düşə bilmərik. Qazanılan böyük zəfəri əhəmiyyətsiz göstərməyə çalışanlar var. Bunlar aldıqları ağır məğlubiyyəti hələ də unuda bilməyənlərdir”.
Ərdoğan bildirib ki, əsgərlərimiz birgə təlimlər keçirlər, Əfqanıstan kimi ölkələrdə birlikdə fəaliyyət göstərirlər: “Bakı-Tbilisi-Ceyhan boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri bölgəyə damğasını vurur. Türkiyə Azərbaycandakı ən böyük sərmayəçilərdən biridir. Azərbaycanın sevinci bizim sevincimiz, qüruru bizim qürurumuz, çətinlikləri bizim çətinliklərimizdir. Azərbaycan ağlayırsa, biz ağlayarıq, sevinərsə, biz sevinərik. Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ bizim üçün də bir problemdir. Qardaşlarımızın torpağının 20 faizini işğal altında saxlayan və 1 milyondan çox qardaşımızın öz evlərinə qayıtmalarına imkan verməyənlərin bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir. Türkiyənin bu məsələdə mövqeyi məlumdur, aydındır, dəqiqdir. Bu məsələdə ilk addımı atmalı olanlar işğalçılardır, 1 milyondan artıq qardaşımızın ürəyini torpaq həsrəti ilə yandıranlardır. Əlbəttə ki, biz qonşularımızla yaxşı münasibət qurmaq istəyirik. Ancaq Dağlıq Qarabağ probleminin həll edilməsi Ermənistanla münasibətlərimizin düzəlməsinin əsas şərtidir. Bundan 25 il əvvəl Xocalıda yaşananların, Dağlıq Qarabağda qətl edilənlərin hesabını verməyənlərin, qatilləri qəhrəman elan edənlərin bizə verə biləcəkləri heç bir tarix dərsi yoxdur”.
Burada türk əsgərinin Azərbaycanla birlikdə hərbi qələbəsinin ildönümünü qeyd etdiyini deyən Ərdoğan bildirib ki, bu bayramlar gələcək nəsillərə ərməğan ediləcək ən vacib əsərdir. Bu dastanın unudulmasına heç vaxt icazə verməyəcəyik.

Mədəniyyətimiz bir, dilimiz bir

Azərbaycan Türkiyədən sonra ən çox şəhidimizin və şəhid məzarlarının olduğu ölkədir. Türkiyə və Azərbaycanın tarixi, mədəniyyəti, dini, dili bir iki qardaş ölkə olduğunu deyən Ərdoğan böyük şair, mərhum Bəxtiyar Vahabzadənin şeirini səsləndirib.
Yazıda qeyd edilir ki, Prezident İlham Əliyev Prezident Ərdoğanla birlikdə şəhər gəzintisində iştirak edib. Şəhidlərin abidəsinin ziyarət etdikdən sonra iki ölkə başçısı birlikdə Xəzər dənizinin mənzərəsini seyr ediblər. Mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, Türkiyənin siyasi imkanları genişlənir, dünyada oynadığı rolu artır və bu bizi sevindirir: “Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaq. Türkiyə böyük iqtisadi gücə malik ölkədir. Türkiyə iqtisadiyyatına milyardlarla dollar xarici sərmayə qoyulması təsadüfi deyil. Təkcə Azərbaycanın Türkiyəyə qoyduğu və qoyacağı sərmayə 20 milyard dollara bərabərdir. Türkiyə çox güclü orduya malikdir. Qafqaz İslam Ordusunun əsgərlərinin xatirəsi qəlbimizdə daim yaşayacaq. Türkiyə və Azərbaycan dostluğu sarsılmazdır və əbədidir”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Bu seçkilər ən utancverici seçkilərdən biri kimi Ermənistan tarixinə düşəcək”
04.12.2018
Sosial şəbəkə təxribatı: Fransanı qarışdıran “sarı jilet” və Honkonqda sınaqdan keçirilən “sarı çətir”
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 ВЕЛИКИЕ В ИСТОРИИ. Гейдар Алиев – человек с большим сердцем. Воспоминания бывшего мэра Москвы Юрия Лужкова


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info