Dövlət orqanlarının informasiya təminatı ilə bağlı beynəlxalq konfrans
Tarix: 29.06.2013 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Prezidentin İşlər İdarəsinin Prezident Kitabxanasının yaradılmasının on illiyinə həsr olunmuş “Dövlət idarəetmə orqanlarının sənəd-informasiya təminatı: müasir vəziyyət və inkişaf perspektivləri” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilir.
Tədbirdə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov konfransın məqsəd və əhəmiyyətindən danışıb. Bildirib ki, konfransın keçirilməsinin məqsədi kitabxananın 2008-ci ildə qeyd edilmiş beşillik yubileyində olduğu kimi, onillik yubileyində də qazanılmış nailiyyətləri ümumiləşdirmək, mütəxəssislərin və alimlərin iştirakı ilə müzakirə aparmaq, həmkarların təcrübəsini öyrənmək və tətbiq etməkdir. Konfransda dünyanın bir sıra ölkələrində ali dövlət qurumlarının sənədlərlə və biblioqrafik informasiya ilə təmin edilməsinin aktual məsələləri müzakirə olunacaq.
Vurğulanıb ki, ikigünlük beynəlxalq konfrans həm ölkəmizdə ali dövlət orqanlarının sənəd-informasiya təminatının təkmilləşdirilməsi işinə yardım edəcək, həm də respublikamızda bu sahədə görülmüş işlərin elmi təhlili və dünya miqyasında təbliğinə bir vəsilə olacaq.
Tədbirdə respublikanın kitabxana işi sahəsində görkəmli mütəxəssisləri, bu işlə əlaqəli bir sıra dövlət qurumlarının nümayəndələri ilə yanaşı, on xarici ölkədən (Belarus, Gürcüstan, Litva, Macarıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna) nümayəndələr iştirak edirlər. Qonaqların əksəriyyəti ali dövlət icra və qanunvericilik orqanlarının kitabxana-biblioqrafik və sənəd informasiya təminatı ilə məşğul olan qurumlarının mütəxəssisləridir.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info