Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər
Tarix: 18.09.2018 | Saat: 01:34:00 | E-mail | Çapa göndər



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin Soçidə keçirilən görüşün nəticəsi ilə bağlı birgə mətbuat konfransı keçiriblər.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransı TRT HABER kanalı vasitəsi ilə canlı yayımlanıb.
Prezidentlər müzakirə olunan məsələlər barədə geniş məlumat veriblər. Türkiyə-Rusiya münasibətlərinin hazırkı vəziyyətini yüksək qiymətləndirən liderlər həyata keçirilən iqtisadi layihələrin mövcud razılaşma əsasında davam etdiyini bildiriblər.
Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini, o cümlədən münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasının vacibliyini ifadə edən Prezident Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyə İdlib məsələsində üzərinə düşəni yerinə yetirməkdə davam edəcək. Rusiya bu bölgəyə hücum edilməməsi üçün lazımi tədbirlər görəcək.
Türkiyə və Rusiya hərbçilərinin bölgədə ortaq hərəkət mexanizmi quracaqlarını ifadə edən Prezident Vladimir Putin bildirib ki, ağır hərbi texnika və silahlar münaqişə rayonundan çıxarılacaq. Oktyabrın 15-dən etibarən Suriyanın atəşkəs elan olunan bölgələrində 15-20 kilometrlik təmas xətt üzərində təhlükəsizlik zolağı yaradılacaq.




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
Soçidə Rusiya və Misir prezidentləri arasında danışıqlar aparılıb
17.10.2018
Gürcüstanda prezidentlik uğrunda 25 namizəd mübarizə aparacaq
16.10.2018
Konsulluqda Camal Kaşıkçının qətlinə işarə edən dəlillər aşkarlanıb
16.10.2018
Marqvelaşvili: “Gürcüstanda narkotik vasitələrin yetişdirilməsi və istehsalı yolverilməzdir”
16.10.2018
Nyu-Yorkda Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 27 illiyi qeyd edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10264

1 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info