Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
Tarix: 18.09.2018 | Saat: 01:42:00 | E-mail | Çapa göndər



Rusiya Prezidenti Vladimir Putinin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə danışıqları başa çatıb. Danışıqların sonunda iki ölkənin Müdafiə nazirlikləri Suriyanın İdlib şəhərində vəziyyətin sabitləşdirilməsinə dair memorandum imzalayıblar.

AZƏRTAC xəbər verir ki, dörd saatdan çox davam edən danışıqlarda Suriya münaqişəsi və ikitərəfli münasibətlərə dair digər məsələlər müzakirə olunub. Türkiyə Prezidenti danışıqlardan sonra bildirib ki, İdlib məsələsini Astana prosesi qərarları əsasında həll etmək lazımdır. Suriya ordusunun və müxalifətin nəzarətində olan ərazilər silahsızlaşdırılmalıdır. Türkiyə Rusiya ilə birlikdə bu ərazidən bütün radikal qruplaşmaların çıxarılmasına səy göstərəcək. O, həmçinin Rusiya ilə Türkiyə arasında viza rejiminin asanlaşdırılmasına ümid bəslədiyini qeyd edib.
Rusiya lideri Vladimir Putin türkiyəli həmkarı ilə konstruktiv danışıqlar apardığını vurğulayıb. O, Ankaranın Rusiya məhsullarının Türkiyədə satışı üçün əlverişli şərait yaradacağına ümid bəslədiyini qeyd edib. V.Putin “Akkuyu” AES və “Türk axını” qaz kəməri kimi birgə layihələrin bundan sonra davam etdiriləcəyini, 2019-cu ildə qarşılıqlı mədəniyyət illərinin keçiriləcəyini söyləyib.




 
Bölməyə aid digər xəbərlər
20.10.2018
Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının İstanbuldakı konsulluq binasında öldüyünü təsdiq edib
19.10.2018
Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
18.10.2018
San-Fransiskoda Müstəqillik Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edilib
18.10.2018
Haiti prezidentinə qarşı uğursuz sui-qəsd cəhdi olub
18.10.2018
ABŞ nümayəndəsinin BMT-dəki çıxışı kubalı diplomatların sərt etirazına səbəb olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10285

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info