UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
Tarix: 18.09.2018 | Saat: 10:28:00 | E-mail | Çapa göndər



Sentyabrın 18-dən etibarən UEFA Çempionlar Liqasının 2018/2019-ci il mövsümünə start verilir.

AZƏRTAC xəbər verir ki, dünyanın ən mötəbər klub turniri sayılan UEFA Çempionlar Liqasının C qrupunda yer alan “Liverpul” və PSG klubları üz-üzə gələcəklər. Futbolsevərlər bu iki klub arasında baş tutacaq görüşü Məhəmməd Salah və Neymar qarşılaşması kimi qiymətləndirirlər.
M.Salah və Neymar ilk dəfə 2015-ci ildə “Roma” və “Barselona” oyununda üz-üzə gəliblər. Həmin görüş 1:1 hesabı ilə başa çatıb, görüşdə heç bir oyunçu fərqlənməyib.
“Liverpul” və PSG UEFA Çempionlar Liqasında heç vaxt qarşılaşmayıblar. Görüş “Enfild” stadionunda keçiriləcək. C qrupunun digər qarşılaşmasında “Crevena Zvezda” Serbiyada “Napoli” klubunu qəbul edəcək.
UEFA Çempionlar Liqasının birinci turunun ilk oyun günündə altı qarşılaşma baş tutacaq.
A qrupunda yer alan “Brügge” (Belçika) “Borussiya” (Dortmund, Almaniya) klubunu qəbul edəcək. Qrupun favoritləri sayılan “Atletiko Madrid” (İspaniya) səfərdə “Monako” (Fransa) klubunun qonağı olacaq.
B qrupunda maraqla gözlənilən oyun İtaliyada baş tutacaq. “San-Siro” stadionunda meydan sahibi “İnter” İngiltərənin “Tottenhem” klubunu qəbul edəcək. Bu klublar bu vaxta kimi UEFA Çempionlar Liqasında iki dəfə qarşılaşıblar. 2010/2011-ci ilə təsadüf edən görüşdə hər iki komanda UEFA Çempionlar Liqasının A qrupunda mübarizə aparıblar. İtaliyada keçirilən oyun 4:3 hesabı ilə “İnter”ın, İngiltərədə isə 3:1 hesabı ilə “Tottenhem”in qələbəsi ilə başa çatmışdı.
Bu qrupun digər favoriti sayılan İspaniyanın “Barselona” klubu “Nou Kamp” stadionunda PSV (Hollandiya) klubunu qəbul edəcək.
D qrupunda aşkar favorit olmasa hər dörd komanda eyni gücə malikdir. Türkiyənin bu turnirdə yeganə təmsilçisi “Qalatasaray” klubu “Türk Telekom” stadionunda Rusiya təmsilçisi “Lokomotiv”lə üz-üzə gələcək. “Şalke” (Almaniya) isə Portuqaliyanın “Portu” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının B qrupunun oyunları Bakı vaxtı ilə 20:55-də, digər qrupların oyunları isə saat 23:00-da başlayacaq.




 
Bölməyə aid digər xəbərlər
19.10.2018
“İlk dəfə olaraq Avropa çempionatında hakim kimi çıxış edirəm”
19.10.2018
Türkiyənin üç klubu Müstəqillik günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18.10.2018
“Hər il Avropa və dünya çempionatlarında iştirak edərək uğurlar əldə etmişik“
18.10.2018
Fərhad Rəcəbli 8-ci dəfə usta cüdoçular arasında dünya çempionu oldu
18.10.2018
Nurlan Səfərov bürünc medal qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10282

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info