Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
Tarix: 18.09.2018 | Saat: 10:41:00 | E-mail | Çapa göndər



Sentyabrın 15-də Bakının azad olunmasının 100 illiyi ilə münasibətilə keçirilən təntənəli parad Azərbaycanın və Türkiyənin sürətli inkişafının, eləcə də xalqlarımızın birliyinin nümayişidir. Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İzmirdəki Azərbaycan Mədəniyyət və Dayanışma Dərnəyinin sədri Mülazim Pahsa söyləyib. Bildirib ki, o, hərbi paradı elə paytaxtımızda izləyib. Məhz bu məqsədlə Anadolu Aydınlar Ocağının təşkilatçılığı ilə Bakıya səfər etdiyini diqqətə çatdıran M.Pahsa deyib ki, Nuru paşanın və silahdaşlarının ruhunu şad etmək üçün bundan düzgün addım ola bilməzdi. Bu möhtəşəm paradı seyr edən insanların çöhrəsindəki sevinci görmək qürurverici idi. İnsanların əsgərini, prezidentini, əldə olunan hər bir nailiyyəti böyük məhəbbətlə qarşılaması çox sevindirici haldır. “Bakıda keçirilmiş bayram mərasiminin bir sıra özəllikləri var. Əlbəttə ki, onlardan ən başlıcası Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ali kürsüdə təmsil olunmaları və çıxışlarında təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə qarşı kəskin bəyanatlar ünvanlamalarıdır”.
Azərbaycan və Türkiyə birliyinin bütün dünya üçün örnək, sülh və qardaşlıq çağırışı olduğunu deyən Mülazim Pahsa əminliklə qeyd edib ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası yüzillər boyu xalqlarımızın və ölkələrimizin firavanlığını təmin edəcək.




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Paşinyanın açıqlamaları Ermənistanın dalana dirənməsinin nəticələridir
19.08.2019
Li Syan Lun: ABŞ və Çin “sehirli həbi” tapmalıdırlar
18.08.2019
ABŞ əsassız olaraq İranı neft tankerlərinə hücumlarda ittiham edir
18.08.2019
“İntihar“ hallarını siyasiləşdirənlər, faciədən gəlir güdənlər
18.08.2019
“Liviyadakı qarşıdurmaları dayandırmaq üçün sadə yol tutmaq lazımdır“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10865

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info