Azərbaycan Sığortaçılar Assosiasiyası nəzdindəki komitələrin görüşləri keçirilib
Tarix: 18.09.2018 | Saat: 10:45:00 | E-mail | Çapa göndər



Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) İctimai Birliyinin nəzdindəki Hüquq, Həyat və Qeyri-həyat komitələrinin görüşləri keçirilib.

ASA-dan AZƏRTAC-a bildiriblər ki, Hüquq komitəsinin görüşündə ""Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları"nın 11 və 12-ci maddələrində nəzərdə tutulmuş xitam qaydalarının dəqiqləşdirilməsi və sığorta marağı ilə bağlı qanunvericilikdə müəyyən olunmuş dairənin genişləndirilməsi" mövzuları müzakirə edilib. Görüşün yekununda xitam qaydaları ilə bağlı təkliflərin hazırlanması qərara alınıb.
Həyat sığorta şirkətlərinin nümayəndələrinin iştirak etdiyi Həyat komitəsinin görüşündə "Kredit götürən şəxslərin həyat sığortasının icbari olması, hərbi risklərin qaydalar çərçivəsində tənzimlənməsi, ipoteka kreditləri üzrə 11 aylıq sığorta haqqının 3 ayadək azaldılması, həyatın yaşam sığortası üzrə qanunvericilikdə olan dəyişiklik layihəsi" kimi mövzular barədə fikir mübadiləsi aparılıb. Nəticədə "Kredit götürən şəxslərin həyat sığortasının icbariliyi" ilə bağlı hazırlanmış əsaslandırma layihəsi hüquqi tənzimlənmə verilməsi məqsədilə Hüquq komitəsinə göndərilməsi, hərbi risklərin qaydalar çərçivəsində tənzimlənməsi məqsədilə isə məsələnin sahə üzrə mütəxəssislərin iştirakı ilə daha geniş müzakirəsi qərarlaşdırılıb.
Qeyri-həyat komitəsində "Sığorta şəhadətnaməsinin sığorta qaydalarından üstünlüyünün mümkünlüyü və könüllü sığorta növləri üzrə tariflərin hesablanmasında statistik məlumatların çatışmazlığı"na dair mövzular müzakirə predmeti olub. Komitə üzvləri mövzularla bağlı öz mövqelərini ifadə edib və "Sığorta şəhadətnaməsinin sığorta qaydalarından üstünlüyünün mümkünlüyü" məsələsi hüquqi rəy verilməsi məqsədilə Hüquq komitəsinə təqdim olunub.
Xatırladaq ki, ASA İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Hüquq, Həyat və Qeyri-həyat komitələri sığorta bazarının problemlərinin müzakirə edilməsi və həllinə nail olunması yolunda mühüm platforma rolunu oynayır. İndiyədək çoxsaylı məsələlərlə bağlı komitə çərçivəsində hazırlanmış təkliflər müvafiq qurumlara göndərilərək həll edilib.




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Azərbaycan baramaya olan tələbatı yerli istehsalla ödəyəcək
12.12.2018
Azərbaycan mülki aviasiya sahəsi üzrə Avropa və MDB-də ən yüksək nəticə əldə edib
12.12.2018
Mikayıl Cabbarov: 2019-cu ildə maarifləndirmə tədbirlərinin artırılmasına xüsusi önəm veriləcək
12.12.2018
Tələbələrə məşğulluq, iş, təcrübə imkanları təklif edən sərgi
12.12.2018
Mərkəzi Bank 500 avro nominallı pul nişanı ilə bağlı açıqlama yayıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 ВЕЛИКИЕ В ИСТОРИИ. Гейдар Алиев – человек с большим сердцем. Воспоминания бывшего мэра Москвы Юрия Лужкова


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info