NAYORA beynəlxalq forumda təmsil olunub
Tarix: 18.09.2018 | Saat: 11:53:00 | E-mail | Çapa göndər


Almatıda Qazaxıstan Respublikasının İctimai İnkişaf Nazirliyinin təşkil etdiyi MDB dövlətlərinin Gənclər Forumu keçirilib.
Forumun məqsədi MDB ölkələrinin gənc liderləri arasında mədəniyyətlərarası dialoqun formalaşmasını təmin etmək və gənclər təşkilatları arasında əməkdaşlıq yaratmaqdır. Bundan başqa, tədbir zamanı iştirakçılar üçün müzakirə platformunun yaradılması da əsas amillərdən biri idi. Tədbirdə turizmin inkişafı, sağlam həyat tərzi, könüllülük və sosial layihələr barədə müzakirələr aparılıb.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından (NAYORA) bildiriblər ki, 7 dövlətin gənc nümayəndələrinin qatıldığı forumda Azərbaycan da təmsil olunub. NAYORA-nın sədri Məryəm Məcidova açılış mərasimində çıxış edib, atılacaq növbəti addımlar barədə MDB ölkələrinin Milli Gənclər Şuraları ilə görüş keçirib.
Qeyd edək ki, MDB ölkələrinin Gənclərlə iş üzrə Şurası 2005-ci ildə fəaliyyətə başlayıb. Şuranın əsas iş prinsipi dövlət və ictimai birliklərin qarşılıqlı dialoqunun inkişafı, gənclər siyasətinə dəstək, gənclərin problemləri sahəsində ikitərəfli və çoxtərəfli layihələrin reallaşdırılması və kadrların birgə inkişaf etdirilməsindən ibarətdir.
MDB dövlətlərinin növbəti Gənclər Forumunda aparılan geniş müzakirələrdə gənclər təşkilatlarının 100-dən çox nümayəndəsi iştirak edib. Konfrans dövlət rəsmiləri, KİV- nümayəndələri, gənclərlə iş üzrə mütəxəssislər, gənc sahibkarlar və könüllülərin iştirakı ilə keçirilib. Tədbirə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan və Ermənistandan olan yaradıcı gənclərdən ibarət heyətlər də qatılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Sondakika.com”: “ASAN xidmət” Azərbaycanda son illərdə həyata keçirilən islahatlara ən əhəmiyyətli nümunədir”
10.12.2018
Övladlığagötürmə sahəsində idarəetmə təkmilləşdirilir
10.12.2018
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
10.12.2018
Dövlət qulluğu üzrə müsahibəyə 737 vakant vəzifə çıxarılıb
10.12.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info