ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
Tarix: 18.09.2018 | Saat: 12:10:00 | E-mail | Çapa göndər


“ABŞ ilə Çin arasındakı danışıqlar yenidən gərgin mərhələyə qədəm qoyub. Belə ki, Tramp administrasiyası gələn il 200 milyard dollarlıq Çin məhsullarına 10 faizlik gömrük vergisi tətbiq etmək niyyətindədir”.
Bu barədə iqtisadçı Vüqar Bayamov son zamanlar ABŞ-Çin münasibətlərində yaranmış qeyri-müəyyənliklərlə bağlı məsələləri şərh edərkən deyib. Onun sözlərinə görə, ABŞ-ın Çin məhsullarına tətbiq edəcəyi vergi Asiyanın aparıcı iqtisadiyyatı üçün 0.7 faizlik mənfi təsir deməkdir: “Rəsmi Pekin cavab addımları haqda düşünür. Bununla belə, reallıq bundan ibarətdir ki, Tramp adminstrasiyasının yeni gömrük vergi siyasəti 2020-ci ildə yeni qlobal böhrana səbəb ola bilər. Belə ki, Ağ ev Çin ilə yanaşı həmçinin öz müttəfiqləri olan Kanada və Avropa Birliyinə də yeni vergilər tətbiq edir. İldə 162.2 milyard dollarlıq neft idxal edən Çin qlobal neft tələbinin 18.6 faizini formalaşdırır. Bu isə o deməkdir ki, Çin iqtisadiyyatının zəifləməsi neftə olan tələbin də azalmasına gətirib çıxaracaq. Qlobal ticarət müharibəsinin digər tərəfində olan ABŞ isə 139.1 milyard dollarlıq neft idxalı ilə bazara çıxarılan ümumi “qara qızıl”ın 15.9 faizini alır. Qlobal böhranın baş verəcəyi halda yenidən neftə tələb azalacaq və bu da 2020-ci ildə “qara qızıl”ın qiymətində enişlə müşahidə ediləcək. Digər tərəfdən, şist neft hasilatındakı artım fonunda OPEK + neft hasilatının gündəlik 1 milyon barel artırılması ilə bağlı bu yayda olan qərarının davamı olaraq yenidən hasilatın çoxaltmağı düşünür. Bunlar isə neft bazarı üçün qiymət baxımından yaxşı nə isə vəd etmir. Bu arada Rusiya Mərkəzi Bankının sədri də neftin 1 barelinin qiymətinin yaxın 2 ildə 55 dollaradək azalacağı ilə bağlı proqnozunu bölüşüb. Qlobal ticarət müharibələri və neft hasilatının artırılması fonunda yeni “neft şokunun” yaranması riskləri güclənməkdədir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Yuli Qusman: Azərbaycan – çiçəkləri Heydər Əliyev tərəfindən əkilən gülüstana çevrilib
11.12.2018
Politoloq: Ermənistanda növbəti marionet hakimiyyət formalaşdı
08.12.2018
AZƏRTAC mötəbər informasiya mənbəyidir
08.12.2018
Rusiya neft hasilatını sutkada 228 min barrel azaldacaq
08.12.2018
Gənclərin uğur qazanmasında könüllülük fəaliyyətinin rolu böyükdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 ВЕЛИКИЕ В ИСТОРИИ. Гейдар Алиев – человек с большим сердцем. Воспоминания бывшего мэра Москвы Юрия Лужкова


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info