Zərgərlik məmulatının qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb
Tarix: 18.09.2018 | Saat: 12:22:00 | E-mail | Çapa göndər


Gömrükçülər külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
DGK-dan verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatına əsasən, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Vətəndaş əl çantasını rentgen aparatından keçirib, gömrük nəzarətini tərk etmək istəyərkən saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Yoxlamadan öncə, həmin şəxsə gömrük nəzarətinə təqdim edilməyən malların könüllü olaraq təqdim edilməsi təklif olunub. Vətəndaş əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş və içərisində 7 ədəd üzük, 7 cüt sırğa, 5 ədəd qolbaq, 3 ədəd kulonlu boyunbağı olan sellofan paketi şalvarının arxa cibindən çıxararaq gömrük əməkdaşına təqdim edib.
Aşkar edilən predmetlər ümumi çəkisi 154,0 qram olan qızıldan hazırlanmış zərgərlik məmulatıdır. Faktla bağlı araşdırma aparılır.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
ABŞ səfiri “Coca-Cola” zavodunda
19.07.2019
Ermənilərin “Gülüstan” qalasını “mənimsəmək” cəhdinə imkan verilmədi
19.07.2019
DİN kiçik rəis heyəti vəzifələrinə müsabiqə elan edib
19.07.2019
Prezident Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul edib
19.07.2019
Jurnalistlər üçün tikilən 3-cü yaşayış binası gələn il təhvil verilə bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10834

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info