Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
Tarix: 18.09.2018 | Saat: 12:32:00 | E-mail | Çapa göndər


Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda Azərbaycan Cüdo Federasiyasının prezidenti, Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü Rövnəq Abdullayev çıxış edərək bir neçə gündən sonra Bakıda start götürəcək dünya çempionatının keçirilməsinin Azərbaycana həvalə edilməsinin qürur hissi doğurduğunu söyləyib: “İnanıram ki, bu dünya çempionatı istər iştirakçı ölkələrin və idmançıların sayına, istərsə də yüksək səviyyəli təşkilatçılığına görə cüdo tarixində ilklərə imza atacaq. Dövlətin idman sahəsinə göstərdiyi yüksək qayğı sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bir çox beynəlxalq idman təşkilatları qitə və dünya səviyyəli yarışların keçirilməsini ölkəmizə etimad edib və Azərbaycan yüksək səviyyəli çempionatların keçirilməsi sahəsində böyük təcrübəyə malikdir. Ümid edirəm ki, cüdo üzrə dünya çempionatı da ən yüksək səviyyədə keçiriləcək və İcraiyyə Komitəsinin üzvləri ölkəmizin qonaqpərvərliyindən məmnun qalacaqlar”. Sonra Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer çıxış edərək Bakıda keçiriləcək dünya çempionatında bir çox yeniliklərin olacağını vurğulayıb. O, İcraiyyə Komitəsinin yığıncağında gündəlikdə duran məsələlərin vacibliyini qeyd edib. İclasda dünya çempionatlarında komanda yarışları, Olimpiya hazırlığı və Gənclər Olimpiya Oyunları, məşqçilərlə bağlı yeni qaydalar, təlim və məşq məsələləri, uzunmüddətli təqvim və digər idman məsələləri müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.




 
Bölməyə aid digər xəbərlər
19.10.2018
Türkiyənin üç klubu Müstəqillik günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18.10.2018
“Hər il Avropa və dünya çempionatlarında iştirak edərək uğurlar əldə etmişik“
18.10.2018
Fərhad Rəcəbli 8-ci dəfə usta cüdoçular arasında dünya çempionu oldu
18.10.2018
Nurlan Səfərov bürünc medal qazanıb
17.10.2018
Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10273

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info