Cəlal Əliyevin adını daşıyan auditoriya açılıb
Tarix: 18.09.2018 | Saat: 12:17:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli “Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş tədbirlər planına əsasən, Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) müvafiq tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti tədbir görkəmli alimin adını daşıyan auditoriyanın açılışına həsr olunub. Auditoriyanın açılışında kənd təsərrüfatı naziri İnam Kərimov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və digər qonaqlar iştirak ediblər.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Azərbaycanın görkəmli alimi, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əliyevin fundamental araşdırmalarından və elmi nailiyyətlərindən, biologiya elminə töhfələrindən, bioloji müxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi strategiyasının işlənib hazırlanmasında rolundan, habelə görkəmli alimin yaratdığı elmi məktəbin dünyada tanınmış yetirmələrindən danışıb.
ADAU-nun Biologiya kafedrasının müdiri, professor Zaur Hümbətov çıxışında kafedranın nəzdində belə bir auditoriyanın açılmasının əhəmiyyətini qeyd edib. Bildirilib ki, akademik Cəlal Əliyevin tədqiqatlarının dairəsi bitkilərin məhsuldarlığının fizioloji, biofiziki, biokimyəvi və molekulyar-genetik əsaslarını, bitkilərin həyatının struktur–funksional təşkilinin molekulyar səviyyədən başlayaraq, bütöv bitki və əkinə qədər bütün mərhələ və formalarında məhsuldarlıq proseslərinin öyrənilməsini əhatə edir. Bu isə aqrar elmin ən aktual problemlərindən biridir. Bu baxımdan akademik Cəlal Əliyevin müəyyən etdiyi elmi istiqamətlər üzrə tədqiqat işlərinin davam etdirilməsi hər bir əməkdaşın ən ümdə vəzifələrdən biri hesab olunur.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.10.2018
Bakıda Amerika universitetlərinin təhsil sərgisi keçiriləcək
16.10.2018
Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti gələn il nəşr ediləcək
16.10.2018
İngilis dili fənni üzrə seminar canlı yayımlanacaq
16.10.2018
BANM-də Rasim Balayevin 70 illik yubileyi qeyd edilib
16.10.2018
“CanSat Azərbaycan 2018“ müsabiqəsinin qalibi Milli Aviasiya Akademiyasının komandası olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10258

1 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 “Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”
5 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info