Vüsal Qasımlı: “Strateji Yol xəritələrinin icrasına beynəlxalq ictimaiyyətin diqqəti təqdirəlayiqdir”
Tarix: 18.09.2018 | Saat: 13:37:00 | E-mail | Çapa göndər


Strateji Yol xəritələrinin icrasına beynəlxalq ictimaiyyətin diqqəti təqdirəlayiqdir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) bildiriblər ki, bu barədə qurumun icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda fəaliyyət göstərən beynəlxalq donor və inkişaf qurumlarının rəhbərləri ilə görüşündə deyib.
Görüşün əsas məqsədi Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinin 2017-ci il üzrə nəzərdə tutulan hissəsinin monitorinq və qiymətləndirmə nəticələrini təqdim etmək olub. Müzakirə zamanı Strateji Yol xəritələrində müəyyən edilmiş strateji hədəflərin yerinə yetirilməsi statusu haqqında Azərbaycanda donor və inkişaf təşkilatlarına məlumatlar verilib və həyata keçirilən islahatlar barədə məlumatlılıq təmin olunub.
İİTKM-in icraçı direktoru Vüsal Qasımlı illik hesabatın monitorinq və qiymətləndirmə nəticələrini təqdim edərək bildirib ki, Strateji Yol xəritələrinin icrasına beynəlxalq ictimaiyyətin diqqəti təqdirəlayiqdir: "Bu bir daha göstərir ki, ölkədə aparılan iqtisadi islahatlar açıq hökumət, şəffaflıq və hesabatlılıq prinsiplərinə tam uyğundur. Beynəlxalq təşkilatlar Strateji Yol xəritələrinin icrasında texniki dəstək, bacarıqların inkişafı və araşdırmalara kömək etməklə yanaşı, həm də sərmayə qoyuluşunda maraqlıdırlar. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Strateji Yol xəritələrinin elə bir dialoq platforması kimi təqdim edir ki, bu müstəvidə hökumət qurumları və donor ictimaiyyəti müzakirələr aparır. Beləliklə, Strateji Yol xəritələrinin icrasında səmərəliliyin daha da artırılması imkanları yaranır. İİTKM-in monitorinq və qiymətləndirmə üzrə institusional inkişafında beynəlxalq təşkilatlarla əməkdaşlıq mühüm rol oynayır. Xüsusən də monitorinq və qiymətləndirmə metodologiyasının inkişaf etdirilməsində beynəlxalq təcrübənin öyrənilməsi əhəmiyyətlidir".
Sonra beynəlxalq donor və inkişaf qurumlarının rəhbərləri ilə hesabatın nəticələrinə dair fikir mübadiləsi aparılıb. İcraçı direktor iştirakçıların suallarını cavablandırıb.
Qeyd edək ki, müzakirələrdə BMT-nin İnkişaf Proqramı, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, Dünya Bankı, Avropa İttifaqı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi, Beynəlxalq Maliyyə Korporasiya və 20-yə yaxın xarici ölkənin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak edib. Müzakirə donor qurumların koordinasiya mandatına malik olan BMT-nin İnkişaf Proqramının həmsədrliyi ilə keçirilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
23.07.2019
Azərbaycan nefti bahalaşıb
22.07.2019
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyətini qəbul edib
22.07.2019
AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı oldu
22.07.2019
Bu il Azərbaycanda istifadəyə verilən obyektlərin siyahısı
21.07.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 106 milyon dolları ötüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info