Çinin Sinxua agentliyinin nümayəndə heyəti Xəzər Televiziyasının fəaliyyəti ilə tanış olub
Tarix: 18.09.2018 | Saat: 14:13:00 | E-mail | Çapa göndər


Bakıda səfərdə olan Çinin Sinxua agentliyinin nazir statusunda baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 18-də Xəzər Televiziyasında olub.
AZƏRTAC xəbər verir ki, Sinxuanın baş redaktoru Hi Pinq və nümayəndə heyətinin üzvləri əvvəlcə Xəzər TV-nin prezidenti Şamxal Həsənli ilə görüşüblər.
Xəzər TV-nin ofisi və studiyaları ilə tanışlıq zamanı çinli qonaqlara məlumat verilib ki, televiziya 2015-ci ildən orijinal memarlıq üslubunda inşa edilmiş 11 mərtəbəli binada fəaliyyətini davam etdirir. Binada ümumi sahəsi 2500 kvadratmetr olan 5 çəkiliş studiyası var. Sahəsi 1000 kvadratmetr olan böyük tok-şou studiyası müasir tərtibatı ilə seçilir. Studiyalar qabaqcıl texnoloji avadanlıqla təchiz olunmuş üç efir studiyası ilə idarə edilir. Sonra nümayəndə heyəti televiziyanın xəbər departamentinin işi ilə maraqlanıb, “Xəzər Xəbər”in canlı efirinin gedişini izləyiblər. Qonaqlar yayımı HD formatında həyata keçirən televiziya verilişlərinin bütün ölkə ərazisini əhatə etdiyi və peyk vasitəsilə də yayımlandığı barədə məlumatlandırılıblar. Televiziyanın montaj otaqları ilə də tanışlıq zamanı çinli qonaqlara məlumat verilib ki, “Xəzər Media Mərkəzi”ndə 3 dublyaj və 8 səsyazma studiyası, miksaj və montaj otaqları fəaliyyət göstərir. Burada yerli və xarici filmlərin montajı və dublyajı həyata keçirilir, verilişlər efirə hazırlanır. Eyni zamanda, müasir tamaşaçı tələbatı nəzərə alınaraq televiziyada milli seriallar və filmlər də çəkilir.
Sinxua agentliyinin nümayəndə heyəti Xəzər TV-də yaradılan şəraitdən məmnun qaldıqlarını bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Bakcell”dən möhtəşəm Yeni İl hədiyyəsi: 20 qiqabayta qədər pulsuz internet
11.12.2018
Respublika Veteranlar Təşkilatının VIII plenumu keçirilib
11.12.2018
DTX-nın şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edib
11.12.2018
Qaradağda Ulu Öndərin anım gününə həsr olunmuş tədbir keçirildi
11.12.2018
Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info