Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
Tarix: 18.09.2018 | Saat: 14:23:00 | E-mail | Çapa göndər


Azərbaycanda səfərdə olan Çinin Sinxua informasiya agentliyinin nazir statusunda baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 17-də Prezident Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin keçmişi, bu günü və gələcəyi ilə bağlı geniş aspektli məsələlər müzakirə olunub. Xüsusən də iki ölkənin maraqlarının informasiya sahəsində təmin edilməsi, AZƏRTAC ilə Sinxuanın tərəfdaşlıq münasibətləri, gələcəkdə bu fəaliyyətin genişləndirilməsi, Çində Azərbaycan, ölkəmizdə isə Çin haqqında müxtəlif mövzularda daha çox informasiyanın verilməsi və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Söhbət zamanı, həmçinin qədim İpək Yolunun bərpasında, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsində Çinin iştirakı ilə bağlı ortaq maraqlar çərçivəsində məsələlərin dəstəklənməsində hər iki ölkənin milli agentliklərinin fəaliyyəti və digər mövzular müzakirə olunub.
Əli Həsənov Çinin nümayəndə heyətinə Azərbaycanın tarixi, bugünkü inkişafı, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət, o cümlədən dövlətimizin başçısının Çin Xalq Respublikasına son səfəri, bu səfər çərçivəsində Çinin dövlət başçısı Si Cinpin ilə keçirdiyi görüşlər və bu görüşlərdən sonrakı vəziyyət haqqında məlumat verib. Hi Pinq Azərbaycanda ona və nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib, bu səfərin ölkələrimiz arasında informasiya sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Çinə son səfərindən sonra ölkələrimiz arasında münasibətlərin inkişafı daha da sürətlənib. Çin ilə Azərbaycanın beynəlxalq məsələlərdə ortaq maraqları olduğunu deyən Hi Pinq əlavə edib ki, bu baxımdan Sinxua AZƏRTAC ilə əməkdaşlığa çox böyük önəm verir. Əminik ki, bu əlaqələr ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verəcək.
Çin nümayəndə heyətinin rəhbəri, həmçinin Sinxua agentliyinin fəaliyyəti barədə ətraflı məlumat verib. Görüşdə iki ölkə arasında informasiya sahəsində münasibətlərin digər aspektləri də müzakirə olunub.

Anar




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Heydər Əliyev milli əfsanəyə çevrilən liderdir
12.12.2018
Putin Heydər Əliyevə sovet dövrünün sonunda modernləşmənin lideri kimi dərin və səmimi hörmət bəsləyirdi
12.12.2018
Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
12.12.2018
2019-cu ildə Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan və Türkiyə paytaxtlarını birləşdirəcək
12.12.2018
Azərbaycan qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu strateji dialoq platforması rolunu oynayır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 ВЕЛИКИЕ В ИСТОРИИ. Гейдар Алиев – человек с большим сердцем. Воспоминания бывшего мэра Москвы Юрия Лужкова


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info