“Bakcell” növbəti beynəlxalq ekoloji aksiyaya qoşulub
Tarix: 18.09.2018 | Saat: 14:38:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə bir araya gələrək bütün dünyada qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində sentyabrın 15-də Bilgəh çimərliyində genişmiqyaslı təmizlik aksiyasına qoşulub. Artıq 23 ildir ki, dünyanın bir çox ölkəsi hər il sentyabrın 15-i Beynəlxalq Sahilyanı Təmizlik Günü qeyd edir. Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönəlmiş ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyirlər. Azərbaycanın artıq 9 ildir ki, iştirak etdiyi bu beynəlxalq ekoloji aksiyanın təşkilatçıları qismində ənənəvi olaraq “Coca-Cola”, “Bakcell”, “Paşa Bank” şirkətləri və “ASAN Könüllülük Məktəbi”nin “Yaşıl ASAN” təşəbbüsü çıxış edib, aksiyanın partnyorları sırasında isə “ASAN Radio”, “Xəzər TV”, “AzEkol”, AFFA, “Baku Expo 2025”, “Alliance Asisst Group”, “Toyota” Bakı Mərkəzi, “Entreé” kafelər şəbəkəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası yer alıb.
Sentyabrın 15-də #Xəzəriqoruyaq şüarı altında Bilgəh çimərliyində keçirilmiş aksiyaya maksimum sayda iştirakçı cəlb olunub. Belə ki, 600-dən çox insan sahilyanı ərazini 5 tona yaxın tullantıdan təmizləyib. Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik ləvazimatları ilə təmin olunublar. Hər il çimərlik mövsümünün sonunda gənclərin, “Bakcell” və digər şirkətlərin əməkdaşlarının, onların ailə üzvlərinin iştirakı ilə keçirilən sahilyanı təmizlik aksiyası ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ edir.
Qeyd edək ki, Azərbaycanda son 9 il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 40 hektara yaxın ərazisi təxminən 32 ton məişət tullantısından təmizlənib. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq məlumatlar “Ocean Concervancy” beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.
Korporativ sosial məsuliyyətli şirkət olan “Bakcell” bu hərəkata qoşulan ilk mobil operator kimi ölkədə ekologiya sahəsində maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına öz töhfəsini verir.
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.
“Bakcell” şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 30-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir. 7000-dən çox baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell” şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). “Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.bakcell.com internet səhifəsinə daxil olmaqla və ya 555 əlaqə nömrəsindən əldə etmək olar. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilər.




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
“Milli müstəqilliyimiz - mənəvi gücümüz“ mövzusunda konfrans keçirilib
17.10.2018
Bəzi mühüm saytlar haker hücumlarına məruz qalıb
17.10.2018
“AtaSığorta” 2018-cı ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqladı
17.10.2018
Fondun “Azərişıq“ ASC ilə birgə keçirdiyi birgə yazı müsabiqəsinin nəticələri açıqlanıb
17.10.2018
Dövlət Komitəsində görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10266

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info