“Hərkəs üçün eyni ölçü“ alış-veriş təcrübəsi artıq sizin işinizi irəli apara bilməyəcək
Tarix: 18.09.2018 | Saat: 15:27:00 | E-mail | Çapa göndər


“Microsoft” Pərakəndə Satış və Rəqəmsal Transformasiya üzrə regional Virtual Sammitinə ev sahibliyi edəcək
Mobil texnologiyanın inkişaf etdiyi dünyada “Hərkəs üçün eyni ölçü” alış-veriş təcrübəsi artıq sizin işinizi irəli aparmayacaq.Yeni texnologiya həlləri pərakəndəçilərə dəyişən bazarın çətinliklərinı həll etməyə kömək edə bilər, həmçinin müştərilərə onlayn, mobil vasitələr və ya telefonla fərdi ixtisaslaşmış təcrübə təqdim edə bilər.
27 sentyabr 2018-ci il tarixində “Microsoft” şirkəti bütün Şərqi Avropa ölkələrinin nümayəndələrinin bir yerə toplaşacağı Satış və Rəqəmsal Transformasiya üzrə regional Virtual Sammitinə ev sahibliyi edəcək. Tədbir son onilliyin ən aktual mövzusuna toxunacaq:
“Rəqəmsal Transformasiya” - müştərilərin gözləntilərinə necə cavab vermək və fərdi omnikanal yanaşması ilə öhdəliyi və marağı necə artırmaq olar mövzularını
Tədbir zamanı “Microsoft“şirkətinin ekspertləri Rəqəmsal Transformasiyanın kütləvi fərdiləşdirmə, omnikanal təcrübəsi, süni intellect və maşın təlimi kimi bazarın son tendensiyalarını necə formalaşdıracağını müzakirə edəcəklər. Sammitdə biznes müəssisələrin əməliyyatların optimallaşdırılması, müştəri təcrübəsi (sadiqlik proqramı), kütləvi fərdiləşdirmə, tanınma), satış və marketinq (tələbatın proqnozaşdırılması da daxil olmaqla) merçandayzinq (rəflərin idarə olunması, in-store optimallaşdırma) və logistika (anbarın idarə olunması, inventara nəzarət) üçün ən son innovasiyaların necə istifadə edə biləcəyi barədə faydalı məlumatlar veriləcək.
“Bu gün pərakəndəçilər inkişaf etmək üçün daha çox çalşmalıdırlar. Uğur qazanmaq üçün, pərakəndəçilər bizim real və rəqəmsal həyatımızı əhatə edən fərqli və fərdiləşdirilmiş təcrübə yaratmalıdırlar”, -deyə Mərkəzi və Şərqi Avropa regionunda “Modern Workplace”-in qrup rəhbəri Maşa Melkova bildirib.
Virtual Sammit Microsoft satış tərəfdaşları və Mərkəzi və Şərqi Avropadan 21 ölkə nümayəndələri üçün açıq olacaq: Sloveniya, Albaniya, Xorvatiya, Bosniya və Hersoqovina, Serbiya, Monteneqro, Bolqarıstan, Kosova, Makedoniya, Ukrayna, Moldova, Estoniya, Litvaniya, Latviya, Gürcüstan, Ermənistan, Azərbaycan, Belarusiya, Qazaxıstan, Türkmənistan, Özbəkistan. Qeydiyyatdan keçmək üçün link-ə daxil olun. Qeyd edək ki, sammitin rəsmi dili İngilis dilidir.




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
Bakı NATO-Rusiya formatında görüşün keçirilməsi üçün tam münasib məkandır
11.12.2018
Prezident Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisinə 30 milyon manat ayırıb
11.12.2018
İnanılmaz kampaniyanın bitməsinə 15 gün qaldı
11.12.2018
Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqi məsələləri, Azərbaycanda İnzibati hüquq mövzusunda seminar-təlim keçirilib
11.12.2018
Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info