Türkiyəli alim Tarix İnstitutunda dissertasiya müdafiə edib
Tarix: 18.09.2018 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Türk orta məktəblərində tarixin öyrənilməsi məsələləri (Azərbaycan və Türkiyə nümunəsi üzrə)” mövzusunda dissertasiya müdafiəsi keçirilib.
Tarix İnstitutundan verilən məlumata görə, dissertasiya işinin müəllifi Türkiyə Respublikasının Atatürk Araşdırma Mərkəzinin (ATAM) sədr müavini Nihat Büyükbaşdır. N.Büyükbaşın elmi rəhbəri isə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovdur.
N.Büyükbaş dissertasiyasında türk dünyasında tarixin yazılması, Azərbaycan və Türkiyədə tarix fənninin öyrədilməsi ilə bağlı tədqiqat aparıb. Dissertasiya işində Azərbaycanın orta məktəb dərsliklərində Türkiyə və digər türkdilli respublikalardan fərqli olaraq türk dövlətlərinin tarixinin kompleks şəkildə, qərəzsiz və obyektiv əks olunduğu göstərilib.
Tədqiqat işinin əsas məqsədi türkdilli ölkələrdə ümumtəhsil məktəblərində tarix dərslərinin tədrisi, bunun gənclərdə milli şüurun formalaşdırılmasına təsiri, eyni zamanda Azərbaycan və Türkiyədə ortaq türk tarixinin öyrənilməsi, yazılması, tədrisi və şagirdlərə çatdırılması yollarını araşdırmaqdan ibarətdir.
İclasda təklif olunub ki, tarix fənninin tədrisi üzrə Azərbaycanın qabaqcıl təcrübəsi qardaş Türkiyədə və digər türkdilli respublikalarda da tətbiq olunmalıdır.
Dissertasiyada türklərin öz tarixlərini yazmaqda gecikmələri qeyd olunmuş və Osmanlı dövründə tarixşünaslığa fransız tarixçilərinin təsiri sübut edilmişdir.
Yaqub Mahmudov bildirib ki, ortaq türk tarixinin yazılması olduqca aktual və əhəmiyyətlidir. O deyib: “Bu dissertasiya işi “Ortaq türk tarixi” layihəsi çərçivəsində tarix elminə dəyərli töhfədir”. Qeyd edək ki, Tarix İnstitutu ilə ATAM arasında imzalanan birgə əməkdaşlıq protokoluna (2013) əsasən “Ortaq türk tarixi” yazılır.
Nihat Büyükbaşdan başqa, Tarix İnstitutunun Dissertasiya Şurasında “Azərbaycan mədəniyyəti tarixində Tiflis şəhəri (XIX-XX əsrin əvvəlləri)” adlı dissertasiyanın müdafiəsi də olub. Dissertasiya işinin müəllifi Rəhim Məcnunov, elmi rəhbər tarix üzrə elmlər doktoru İradə Bağırova, elmi məsləhətçi isə tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovdur. Tədqiqatın başlıca mənbə bazasını Azərbaycan və Gürcüstan respublikalarının arxivlərindən əldə olunmuş sənədlər təşkil edir.




 
Bölməyə aid digər xəbərlər
19.10.2018
Tarix İnstitutunun saytı yeni versiyada təqdim edildi
19.10.2018
“Müəllimlərin bilik və bacarıqlarının artırılması” adlı layihə çərçivəsində təlimlər davam edir
19.10.2018
Bakı Ali Neft Məktəbində III Avrasiya Konfransına start verilib
19.10.2018
İtaliya Senatının sədrinə Azərbaycan Dillər Universitetinin fəxri doktoru diplomu təqdim edilib
19.10.2018
Dövlət İmtahan Mərkəzində növbəti TOEFL IBT imtahanı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10282

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info