Paşinyanın mətbuata hücumu başladı
Tarix: 18.09.2018 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


“ArmenianReport”: “Vaxtilə nazirlər oliqarxlar və başqaları barədə olan "isti" materialları yaymaqdan çəkinməyən və bunu "jurnalistin peşəkar işi" kimi izah edən Paşinyan indi öz keçmişini niyə unudur?”

«Artıq əksər erməni əhalisinin hələ də böyük bir «etimad» mərkəzində dayanmasına baxmayaraq, deyəsən, yavaş-yavaş diktaturaya doğru sürüşən Paşinyanın daxili qorxuları meydana çıxmaqdadır». Bunu “Armenianreport” saytı yazıb. Beləliklə, sentyabrın 17-də Ermənistanın hüquq-mühafizə orqanları "Yerevan.Today" onlayn nəşrinin ofisində axtarış aparıblar.
«Radio Azatutyun»nun verdiyi məlumata görə, axtarış Ermənistan Milli Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidməti rəhbərləri arasında telefon zəngi ilə başlanmış cinayət işi çərçivəsində həyata keçirilib.
Xatırladaq ki, Ermənistanın hüquq-mühafizə orqanları məhkəmə qərarına əsasən, ölkənin İstintaq Komitəsindən izahı verilməyən digər 5 ünvanda da axtarış aparıblar.
İstintaq Komitəsinin hərəkətlərindən təəccübləndiyini bildirən "Yerevan.Today" in redaktoru Sevak Akobyan «Saytımızın Koçaryanla heç bir ələqəsi yoxdur»-deyə bəyan etsə də, artıq bir neçə mətbu orqanı tərəfindən təhqirlərə məruz qaldığını etiraf edib: « Bütün bunları mənə və mənim əməkdaşlarımın fəaliyyətinə zərər vurmaq cəhdi hesab edirəm»-deyə Akobyan «Radio Azatutyun»a bildirib.
Ermənilərin «ArmenianReport» saytının yazdığına görə, hakimiyyət Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan və Ermənistan xüsusi istintaq xidmətinin rəhbəri Sasun Xaçatryan arasında olan və erməni cəmiyyətində bomba partlayışı effekti verən telefon danışığını yayanları hələ də axtarır. Maraqlıdır ki, sayt bunu zarafat kimi qəbul etmir.


“Biz bu gün ölkədə Paşinyanın ətrafı ilə Robert Koçaryan tərəfdarları arasında mübarizə görürük. Məhz belə bir məqamda xüsusi xidmət orqanları rəhbərlərinin telefon danışıqlarının mətbuata sızdırılması Paşinyan və Koçaryan arasında yaşananların pik həddinə çatmasına təkan verib”


Bu, Ermənistanın hüquq-mühafizə və məhkəmə sistemlərindəki qanunsuzluqla yanaşı, yeni hökumətin kadr siyasətindəki naşılığını, hansısa yeni məmurun öz yerində olmadığını ortaya qoyub.
O da maraqlıdır ki, yeni hökumət xüsusi xidmət rəhbərlərini istefaya göndərməyə özündə cəsarət tapmadığından, təkcə özünü yox, həm də baş nazir Nikol Paşinyanı rəqibləri tərəfindən tənqid obyektinə məruz qoyub. Məsələnin başqa qəribəliyi isə öz qəzəblərini ölkə jurnalistlərinə qarşı tuşlayan erməni rəhbərliyi onların arasında «düşmən» axtarışına çıxıblar: «Aydındır ki, hüquq-mühafizə orqanlarının bu addımı qeyri-qanunidir. Onların redaksiyada axtarış aparması üçün heç bir qanuni əsas yoxdur.


“Yavaş-yavaş diktaturaya doğru yuvarlanan Paşinyanın qorxuları da meydana çıxmaqdadır. Onun hazırkı məqamda mətbuata göstərdiyi münasibət isə bu qorxunun daha da artaraq möhkəmlənməsindən xəbər verir”


Belə görünür ki, onların bu hərəkəti siyasi motiv daşıyır. Biz bu gün ölkədə Paşinyanın ətrafı ilə Robert Koçaryan tərəfdarları arasında mübarizə görürük. Məhz belə bir məqamda xüsusi xidmət orqanları rəhbərlərinin telefon danışıqlarının mətbuata sızdırılması Paşinyan və Koçaryan arasında yaşananların pik həddinə çatmasına təkan verib».
Vaxtilə Paşinyanın "Aykakan Jamanak" nəşrində çalışdığını xatırladan sayt onun ölkədəki oliqrax, nazir və başqaları barədə olan "isti" materialları yaymaqdan çəkinmədiyini yadına salır: «Bəs, niyə bir vaxtlar öz əməlini "jurnalistin peşəkar işi" kimi izah edən Paşinyan indi öz keçmişini unudur? Belə görününr ki, Paşinyanın mətbuatla bağlı yaşantılara müdaxilə etməməsi, onun susqunluğu artıq bir çox (?) məqamlardan xəbər verməkdədir. Bu gün Paşinyan hökuməti mediaya hücum etməklə Sarkisyanın nifrət rejimini dağıtmaq üçün özündə cəsarət və güc tapan Ermənistanı, onun xalqını etibardan salmış olur. Belə görünür ki, artıq əhalinin əksəriyyətinin böyük bir etimad sərhədinə malik olmasına baxmayaraq yavaş-yavaş diktaturaya doğru yuvarlanan Paşinyanın qorxuları da meydana çıxmaqdadır. Onun hazırkı məqamda mətbuata göstərdiyi münasibət isə bu qorxunun daha da artaraq möhkəmlənməsindən xəbər verir”.
Ağasəf Babayev







 
Bölməyə aid digər xəbərlər
21.07.2019
“Exit-poll” Ukraynanın Ali Radasına yer qazanan partiyaların adını açıqlayıb
21.07.2019
Ukraynanın yeni Baş Naziri müstəqil və peşəkar iqtisadçı olmalıdır
21.07.2019
Gürcüstanda polislə oğrular arasında atışma olub
21.07.2019
Ukraynada nöbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə gedir
20.07.2019
Cari ilin birinci yarısında Gürcüstanda 150-yə yaxın insan itkin düşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info