“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
Tarix: 18.09.2018 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “ Şəmkir Qadın Resurs Mərkəzi” İctimai Birliyinin həyata keçirdiyi “Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili” adlı layihənin ikinci təlimi 15 sentyabr tarixində Şəmkir rayon Çaparlı kəndində keçirilib.
Təlimdə “Şəmkir Qadın Resurs Mərkəzi” İctimai Birliyinin sədri Arzu Həsənova, YAP Şəmkir rayon təşkilatının Qadınlar Şurasının üzvü, Şəmkir rayon 2 saylı körpələr evi, uşaq bağçasının müdiri Elvira Allahverdiyeva, Şəmkir rayon Çaparlı kənd icra nümayəndəsi Tarıyel Mərdanov, Çaparlı kənd 2 saylı tam orta məktəbin direktoru Nüşabə Bədəlova və Beynəlxalq Uşaq Fondu UNİCEF-in dəstəyi ilə yaradılmış Şəmkir Hüquqi Xidmət Mərkəzinin hüquqşünası Raul İsmayılov iştirak ediblər.
Çıxışa başlayan Şəmkir Qadın Resurs Mərkəzinin sədri Arzu Həsənova əvvəlcə layihənin məqsəd və vəzifələri haqqında məlumat vermiş, daha sonra təlimdə iştirak edən qonaqlar layihənin faydalarından söz açıblar. Təlim iştirakçıları da layihənin məqsəd və vəzifələrini dəstəkləmiş və çox böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar.
Həmçinin təlim iştirakçılarına layihənin mahiyyəti və ailə münaqişələri zamanı necə davranmaq haqqında tövsiyyələrdən ibarət bukletlər paylanıb.
Qeyd edək ki, “Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili” adlı layihənin əsas məqsəd və vəzifələri aşağıdakılardan ibarətdir. Layihə çərçivəsində müvafiq mütəxəssislər ailələrlə görüş keçirəcək, müxtəlif məsələlərə dəstək verməklə yanaşı öz tövsiyyələrini verəcəklər.
Şəmkir rayonunda ailə münaqişələrinə son qoymağın və ya minimuma endirilməsi üçün maarifləndirmələr aparılacaq, vacib hesab edilən münaqişəli ailələrdə görüşlər keçirən mütəxəssislərdən ibarət komanda təşkil ediləcək. Ailədaxili qarşıdurmalarda göstərilən səbəblərin əslində bəhanə olduğunu elmi əsaslarla, sınaqdan çıxmış misallarla münaqişəli şəxslərə izah ediləcək. Layihənin vəzifəsi 4 ay müddətində təşkilatın üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməkdir.
Şəmkir şəhərində və ailədaxili münaqişələrin daha çox baş verdiyi və sonda boşanmaların çoxaldığı 4 yaşayış massivində mütəmadi olaraq maarifləndirmələr həyata keçiriləcək. Əlavə olaraq cəmiyyət arasında xüsusi nüfuza malik mütəxəssislərdən ibarət qrup yaradaraq, müvafiq qrafik əsasında həmin ailələrlə görüşlər keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
Suraxanı rayonunda payız-qış mövsümünə hazırlıqla bağlı iclas keçirilib
11.12.2018
23 ədəd mobil telefonu xüsusi “ssenari” ilə keçirməyə cəhd etdilər
11.12.2018
Cocuq Mərcanlıda istirahət parkı inşa edilir
11.12.2018
Neftçalada indiyədək 36 min 50 hektar sahədə payızlıq taxıl əkilib
10.12.2018
Qaradağ rayonunda qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
5 “Özümü qərib ölkədə hiss etmədim”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info