“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
Tarix: 18.09.2018 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


Qoşqar Həsənov: “Maliyyə Bazarlarına Nəzarət Palatasının və sığorta şirkətlərinin həyata keçirdiyi maarifləndirici layihələr sığorta bazarının inkişafına öz müsbət təsirini göstərib”


Son vaxtlar ölkədə sığorta bazarı vətəndaşların tələblərinə uyğun keyfiyyətli xidmətləri ilə gündəmə gəlir. Bu sahədə, belə effektiv xidmətdə böyük payı olan “AtaSığorta” isə ilbəil uğurlu fəaliyyətini daha da artırır. Bu və digər mövzularla bağlı danışan “AtaSığorta” ASC İdarə Heyətinin sədr müavini Qoşqar Həsənov da şirkətin fəaliyyəti ilə bağlı bir sıra maraqlı məqamlara toxunub. Müsahibəni oxuculara təqdim edirik.

- Qoşqar müəllim, öncə “AtaSığorta” şirkəti haqqında ümumi məlumat verərdiniz.

-“AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkətimizin ödənilmiş nizamnamə kapitalı 14,6 mln. manat təşkil edir. Şirkətimizin aktivləri hal-hazırda 30 milyon manatdan çoxdur. Şirkətimiz 26 könüllü və 4 icbari sığorta növü üzrə sığorta xidmətləri təqdim edir. İcbari Sığorta Bürosunun üzvüdür. “AtaSığorta” ASC Bakı şəhəri daxil olmaqla regionlar üzrə 15 filialı, 19 nümayəndəliyi və 60-dan çox satış ofisləri ilə müştərilərə xidmət göstərməkdədir.

- Qeyd etdiniz ki, 30 növ üzrə sığorta xidməti göstərirsiniz. Müştərilərin daha çox üstünlük verdiyi sığorta növləri hansılardır?

- Bəli, hazırda 30 sığorta növü üzrə müştərilərə sığorta xidmətləri göstəririk. Qeyd edim ki, bütün sığorta məhsullarından istifadə edilməsi vacibdir. Sığorta növləri iki hissəyə bölünür. Könüllü növlər və icbari növlər. Bu gün sığorta məhsulunu almaq istəyən müştərilər, ilk növbədə icbari növləri alırlar. Sonra isə digər könüllü sığorta növlərini almağa səy göstərirlər.

- “AtaSığorta” könüllü sığorta növləri üzrə növbəti illərdə bazar rəqabətinə necə davam gətirmək niyyətindədir?

- Biz sığorta yığımlarımızın genişlənməsini və xərclərin müəyyən formada optimallaşdırılmasını planlaşdırırıq. 2018-2020-ci illər üzrə şirkətimizin strategiyasına uyğun olaraq qarşımızda duran proqnozlar bunu deməyə imkan verir. Hesab edirik ki, bu il və növbəti illər üzrə könüllü satışlarımızı artıracağıq. Qeyd edə bilərəm ki, 2018-ci ilin 8 ayı ərzində könüllü satışlarımız ötən ilin eyni dövrü ilə müqayisədə 25% artıb. Şirkətimiz könüllü növlər üzrə müştərilərin rahatlığına və istəklərinə uyğun olaraq “Sərfəli Kasko”, “Qoşa Kasko”, “Arxayın mən” və “Sığortalıyam” məhsullarını bazara təqdim edib. Sentyabr ayından etibarən daha bir yeni məhsul “Petrollu Kasko” məhsulu müştərilərə təqdim olunub. Sığorta risklərimizi səmərəli idarə etmək məqsədilə sığorta portfelimizi bir qədər diversifikasiya etmək istəyirik. Həmçinin xidmətlərimizin keyfiyyətini artırmaqla sığorta bazarında ciddi rəqabət aparan şirkətlərdən biri kimi bütün imkanlarımızdan istifadə etməyə çalışırıq. Şirkətimiz fəaliyyətinin əsas prinsipi fiziki və hüquqi şəxslərə yüksək səviyyədə sığorta xidmətləri göstərməklə, onların tələbatına uyğun yeni məhsulları təqdim etməyi davam etdirməkdir.

- Qoşqar müəllim, könüllü növlər üzrə hansı yeniliklər olacaq? Satış üsulları dəyişəcəkmi?

- Təbii ki, hər zaman olduğu kimi, bu sahədə yeniliklər olacaq. Məsələn, 2018-ci il üçün əsas istiqamət, həmişə olduğu kimi, sığortalıya və potensial sığortalıya maksimum yaxın olmaqdır. Satış strategiyamızda daim bazarın tələbatını nəzərə almağa çalışırıq. Belə ki, həm icbari, həm də könüllü sığortada müştərilərlə danışıqlar aparırıq ki, onların sığortadan gözləntilərini müəyyən edib, tələbə uyğun məhsullar hazırlayaq. Məsələn, bu ilə maraqlı iki layihəmiz var, onu artıq açıqlamaq olar. Biz, yeni “Petrollu Kasko” məhsulunu və “Medical Travel” tibbi sığorta paketini Azərbaycan Respublikası ərazisində bütün (xarici və yerli vətəndaşlar) səyahət edən şəxslər üçün hazırlamışıq. Hazırda “Petrollu Kasko“ üzrə reklam məsələləri və digər məsələlər tam şəkildə tamamlanmış və müştərilərin ixtiyarına verilmişdir. Həmçinin, “Medical Travel” tibbi sığorta məhsulunu tamamlanmaq üzrəyik və tezliklə bu layihəyə başlayacağıq.

- Qeyd etdiniz ki, sentyabr ayından “AtaSığorta” ASC sığorta bazarına yeni “Petrollu Kasko” məhsulunu təqdim edib. Xahiş edirik, “Petrollu Kasko” məhsulu haqqında ətraflı məlumat verərdiniz.


- Bəli, “AtaSığorta” ASC sentyabr ayından etibarən sığorta bazarına yeni “Petrollu Kasko” məhsulunu təqdim edir. Daim müştərilərin məmnuniyyətini düşünən “AtaSığorta” ASC bu dəfə fərqli və səmərəli şərtlərlə fiziki şəxslərə əlverişli avtomobil sığortası təklif edir. “Petrollu Kasko” məhsulunu əldə etdikdə müştəri həm avtomobili sığortalayır, həm də hədiyyə qazanır. Belə ki, bu məhsulu əldə edən müştəriyə sığorta olunan avtomobilin bazar dəyərinin 1%-i həcmində yanacaq hədiyyə edilir. Hədiyyə olunan yanacaq müştəriyə 2 hissədə təqdim olunur. Yanacağın 50%-i müqavilə rəsmiləşdirilən zaman, 50%-i isə 3 aydan sonra müştəriyə verilir.
“Petrollu Kasko” məhsulunu bazar dəyəri 10 000 manatdan 80 000 manatadək və istehsalı ili 2000-ci ildən yuxarı olan avtomobil sahibləri əldə edə bilərlər. Bu məhsulu aldıqda avtomobil tam dəyərində birdəfəlik sığortalanmalıdır və sığorta tarifi çox sərfəlidir. Məsələn, dəyəri 30 000 manat olan avtomobil üzrə sığorta haqqı 960 manata qədər təşkil edir və müştəriyə 300 manat dəyərində yanacaq hədiyyə olunur.

- “Petrollu Kasko” sığorta məhsulunu onlayn almaq mümkündürmü?

- Bəli, həm “Petrollu Kasko” məhsulunu, həm də “AtaSığorta” ASC-nin digər məhsullarını “AtaSığorta” ASC-nin www.atasigorta.az internet səhifəsindən onlayn sifariş etmək mümkündür. Həmçinin “AtaSığorta” ASC-nin (012) 936 telefon xətti daim müştərilərin xidmətindədir.

- “Petrollu Kasko” məhsulunu əldə etmək üçün hansı sənədlər tələb olunur?

- Bunun üçün doldurulmuş ərizə forması, Sığortalı şəxsin şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsinin surəti və avtomobilin hazırkı vəziyyətini təsdiq edən fotoşəkilləri tələb olunur.

- Azərbaycanda sığorta bazarının inkişafı ilə bağlı nə deyə bilərsiniz?

- Maliyyə Bazarlarına Nəzarət Palatasının və sığorta şirkətlərinin həyata keçirdiyi maarifləndirici layihələr, təbii ki, bazarın inkişafına öz müsbət təsirini göstərib. Dövlət nəzarət orqanının açıqladığı rəqəmlər bu inkişafı bir daha sübut edir. Deməli, bu il üzrə sığorta bazarı 40%-dən çox genişlənib, yığımlar artıb. Bunu qənaətbəxş göstərici hesab etmək olar.
- Sonda mövzu ilə bağlı fikirlərinizə əlavə etmək istədiyiniz məqamlar varsa, buyurub qeyd edərdiniz.

- “AtaSığorta” şirkətinə ayırdığınız vaxta və diqqətinizə görə təşəkkürümüzü bildiririk. Biz müştərilərimiz üçün çalışırıq, onların layiqli dostu və təminatçısı olmaqdan qürur duyuruq. Ona görə də bizim şüarımız “Sizinlə dost sığorta”dır. Bütün müştərilərimizin bizə göstərdiyi etimadı doğrultmağa çalışmışıq, çalışırıq və çalışacağıq.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
13.12.2018
“Siegen Universitetində istənilən vaxt dərsə gəlmək və getmək olur, icazə almağa da ehtiyac yoxdur”
10.12.2018
“Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
05.12.2018
“Özümü qərib ölkədə hiss etmədim”
05.12.2018
“Valideynlər övladlarının təhsilli, aktiv, istedadlı, sağlam yetişməsi üçün onlara kifayət qədər diqqət göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər
5 Fransa XİN rəhbəri Trampı ölkənin daxili işlərinə qarışmamağa çağırıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info