Günter H. Oettinger: “Şahdəniz“ konsorsiumunun qərarı Avropanın enerji təchizatında əsl sıçrayışdır”
Tarix: 01.07.2013 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


“Bir neçə gün əvvəl Azərbaycandan çoxdan gözlənilən xəbərləri aldıq. "Şahdəniz 2" qaz-kondensat yatağını istismar edən şirkətlər - "Şahdəniz" konsorsiumu qazı Azərbaycandan Avropaya çatdıran boru kəmərini seçməyi qərara alıb. TAP, yəni Trans-Adriatik Boru Kəməri yataqdan gələn qazın Avropada paylanması üçün boru kəməri olaraq seçilib. Xəzəryanı ölkədən iri həcmdə qazın Avropaya gətirilməsinə işarə etdiyi üçün bu, tarixi bir qərardır. Avropa üçün isə bu, 2020-ci ilədək ildə 10 milyard kub metr təbii qaz deməkdir. “ Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən verilən məlumata görə, bunu Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter H. Oettinger deyib.
Onun sözlərinə görə, 2009-cu ildə qaz təchizatı ilə bağlı baş vermiş Ukrayna böhranından (və ondan əvvəl 2006-cı ildə baş verən böhrandan) sonra Avropa İttifaqı öz qaz təchizatını şaxələndirməyə çalışıb. Bu, marşrutların, mənbələrin və tərəf-müqabillərin şaxələndirilməsi deməkdir: "Daha çox tərəfdaşla danışıqlar aparmaq gələcəkdə qaz təchizatının kəsilməməsi və Avropa iqtisadiyyatının rəqabətliliyini saxlamaq üçün zəruri olan qaz təchizatlarının təmin edilməsi baxımından Avropanın şansını artıracaq. Azərbaycan bu prosesdə qapıları açan tərəfdir". G.Oettinger bildirib ki, Cənub Qaz Dəhlizində bundan başqa Aİ-nı Türkiyə, Şərqi Aralıq regionu, İraq, Azərbaycan və digər ölkələrlə birləşdirən əsas mənbələr var: "Real strateji nöqteyi-nəzərdən Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə ilə birgə Avropa sərhədinədək TANAP adlanan və genişlənə bilən iri boru kəmərinin tikilməsi üçün öhdəlik götürüb. Bu kəmər ilkin olaraq qazı "Şahdəniz 2"dən və nəhayət, Azərbaycandakı digər yataqlardan Avropa bazarına çatdıracaq. Bu gün gördüklərimiz sadəcə bir başlanğıcdır. Birinci olaraq TAP-ın tikintisinə və sonradan daha çox qazın daşınmasına dair verilən qərar ondan xəbər verir ki, Avstriyaya marşrut - hazırda "Nabucco West" hələ də aktualdır. Məsələ bu və ya digər boru kəmərinin olmasında deyil, orta müddətdə onların hər ikisinə ehtiyac vardır. Bir məsələ dəyişməz qalır: 2020-ci ildə bizim qaza olan ehtiyacımız artacaq, Xəzərin qazı bu ehtiyaca yaxşı bir cavabdır".
Onun fikrincə, TAP və Nabucco arasında seçimdən daha əhəmiyyətlisi Cənub Qaz Dəhlizinin açılmasıdır: “Səmərəli və funksional daxili enerji bazarı, zəruri infrastruktur və geri axınla qaz Aİ-na daxil olduqdan sonra daxili enerji bazarı ilə Avropanın istənilən yerinə daşına biləcək. Avropa Komissiyası tərəfindən qorunan qarşılıqlı əlaqələr qazın üzv dövlətlərə çatdırılmasını təmin edəcək ki, Rumıniya, Bolqarıstan və Macarıstan kimi ölkələrdə bir və ya bir neçə təchizatçı var. Bu baxımdan Avropa Komissiyası son illərdə çalışıb. Bizim əsas prioritetimiz ən zəif ölkələrlə işə başlamaqdır. Məsələn, Bolqarıstanla bağlı Avropa öz enerji təhlükəsizliyi üçün zəruri olan enerji sahəsində uzunmüddətli strateji qərarların alınmasında hökumətə yardım etmək üçün daha çox işləməlidir. Serbiya və Bolqarıstan arasında bağlantının qurulması üçün də komissiya bu iki ölkə ilə işləyir, indi Rumıniya Macarıstan və Bolqarıstana qoşulub. Komissiyanın rəhbərlik etdiyi Şimal-Cənub təşəbbüsü Cənub-qərb və Mərkəzi Avropada daxili bağlantılar şəbəkəsini quracaq bir çox kiçik daxili birləşdirici xətlər yerləşdirib. Ancaq Cənubi Avropaya rəqabətcil qiymətlər gətirmək üçün yenə də çox iş görülməlidir”.
Şərqi Aralıq dənizi regionunda resursların dərindən inkişaf etdirilməsini görmək istədiyini deyən Avropa Komissiyasının üzvü hesab edir ki, Kipr hökumətinin adada Mayeləşdirilmiş Təbii Qaz (MTQ) ixrac mexanizmini inkişaf etdirmək cəhdləri bu təşəbbüsün bir hissəsidir: “Bizə Yunanıstandan Ukraynayadək çevik liberallaşdırılmış boru kəməri sistemi lazımdır. Və Azərbaycanın bu işdə marağı nədir? Azərbaycan Avropanın təhlükəsiz variant olduğundan xəbərdardır ki, əksər hallarda bir çox yerlərdə bu, nəzərə alınmır. Avropa qaydaları sabitdir, gəlirlər daimi və dəyərlidir. Azərbaycan öz gələcəyini Avropaya bağlayır".
Günter H. Oettinger əlavə edib ki, "Avropa üçün "Şahdəniz" konsorsiumunun qərarı gələcək baxımından, Avropanın enerji təchizatlarının təminatı baxımından əsl sıçrayış oldu. Qlobal enerji bazarlarının mövcud olduğu və ehiyatlar üçün rəqabətin artdığı bir dünyada biz Avropanın enerji maraqlarını təşviq etməyə və əsas təchizatçı ölkələrlə dərin tərəfdaşlıqlar qurmağa davam edəcəyik. İnanırıq ki, bizim cəhdlərimiz nəticəsində Avropanın ev təsərrüfatları və iş dairələri enerji təchizatı ilə təmin olunacaq və Avropanın rəqabətliliyi artacaq".
Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info